Icma.az
close
up
RU
Belarus Qarabağın dirçəlişinə dostluq əli uzadır

Belarus Qarabağın dirçəlişinə dostluq əli uzadır

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işlərinə yaxından dəstək verirlər. Qardaş ölkələrin bu təşəbbüsü həm həmrəyliyin, həm də ortaq tarixi və mədəni bağlara əsaslanan əməkdaşlığın bariz nümunəsidir.

Dost ölkə olan Belarusun Qarabağda aparılan bərpa-quruculuq işlərinə qoşulmaq təşəbbüsü məmnunluq doğurur. Bu ölkənin Azərbaycandakı səfiri Dmitri Pineviç 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, rəsmi Minsk Qarabağın bərpasına müxtəlif layihələrlə, o cümlədən “Böyük Qayıdış” Dövlət Proqramının icrasına töhfə verməyə hazırdır. O qeyd edib ki, Bakıdakı fəaliyyəti dövründə Azərbaycanın işğaldan azad olunan ərazilərində 7 dəfə olub və regionun sürətlə inkişaf etdiyini şəxsən müşahidə edib. Səfirin sözlərinə görə, tərəflər xalq təsərrüfatının bütün sahələri – sənaye, mədəni və digər layihələr üzrə əməkdaşlıq etməyi planlaşdırır.

Səfirin açıqlaması göstərir ki, Belarus Qarabağın və Şərqi Zəngəzurun bərpa-quruculuq işlərində fəal iştiraka hazırdır. Dost ölkə şəhərsalma, kənd təsərrüfatı, texnika və avadanlıq təminatı sahələrində zəngin təcrübəyə malikdir ki, bu da Qarabağda aparılan bərpa işlərinə əhəmiyyətli töhfə verə bilər. Məsələn, kənd təsərrüfatının bərpası Qarabağın sosial-iqtisadi reinteqrasiyasının əsas sütunlarından biridir. Belarusun aqrar sahədəki təcrübəsi, kooperativ modelləri və müasir texnologiyaları bölgədə məhsuldarlığın artmasına və yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. Xüsusilə Ağdam rayonunda salınacaq kənd təsərrüfatı şəhərciyi layihəsi diqqət çəkir. Belarus bu layihə üçün xüsusi konsepsiya hazırlayıb və aqrar və tikinti sahəsindəki təcrübəsini Qarabağda tətbiq etməyi nəzərdə tutur. Burada kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir şəhərciyin yaradılması, işçilər və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin tikintisi nəzərdə tutulur. Layihəyə Ağdam rayonunda 420 ailə üçün nəzərdə tutulmuş qəsəbənin salınması da daxildir. Xatırladaq ki, bu təşəbbüs Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son səfəri zamanı irəli sürülüb.

Bundan başqa, Belarus şirkətləri “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl ererji” layihələri və müasir infrastrukturun qurulmasında da iştirak etmək istəyir. Bu əməkdaşlıq yalnız iqtisadi deyil, həm də sosial sabitlik baxımından böyük əhəmiyyət daşıyır. Aqrar layihələr yerli əhalinin məşğulluğunu təmin etməklə yanaşı, Qarabağın Azərbaycanın əsas kənd təsərrüfatı regionlarından birinə çevrilməsini təmin edir.

Rəsmi Minsk sənaye sahəsində əməkdaşlığa da önəm verir. Gəncə Avtomobil Zavodu çərçivəsində həyata keçirilən Azərbaycan–Belarus əməkdaşlığı Qarabağın bərpasında texnika və avadanlıqla təminatda mühüm rol oynayır. Yada salaq ki, Azərbaycanda traktor parkının 80 faizədək hissəsini Belarus istehsalı olan texnikalar təşkil edir. Onun da bir hissəsi Gəncə Avtomobil Zavodunda istehsal olunub. Yarandığı vaxtdan bugünədək zavodda 14 min “Belarus” traktoru yığılıb.

Yol tikintisi, kənd təsərrüfatı və kommunal xidmətlər üçün nəzərdə tutulan texnikanın bir hissəsinin yerli istehsalı həm iqtisadi səmərəliliyi artırır, həm də bərpa prosesini sürətləndirir. Bu yanaşma Qarabağın bərpasını idxaldan asılı olmayan, dayanıqlı bir model üzrə həyata keçirməyə imkan verir.

Belaruslu sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiya qoymaq da səmərəlidir. Hazırda bu iqtisadi rayonlarda infrastruktur quruculuğu, tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının emalı və logistika sahələri Belarus şirkətləri üçün cəlbedicidir. Burada sahibkarlıq mühitinin canlanması üçün güclü iqtisadi stimul mövcuddur. 2022-ci il dekabrın 9-da Vergi Məcəlləsinə əlavə edilmiş “İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən vergitutmanın xüsusiyyətləri” həmin ərazilərdə sahibkarlıq fəaliyyəti üçün güzəştləri əhatə edir. Bundan başqa, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Belarus sahibkarlarına Azərbaycanda etibarlı tərəfdaşlar tapmaqda dəstək göstərməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, tezliklə Belarusun Azərbaycanla kiçik və orta biznes sahəsində əməkdaşlığının daha yüksək səviyyəyə çatacağı gözlənilir. Eyni zamanda, Belarus şirkətləri üçün bu əməkdaşlıq yeni bazarlara çıxış, uzunmüddətli tərəfdaşlıq və investisiya imkanları yaradır.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzurun bərpası Belarus–Azərbaycan iqtisadi əməkdaşlığının əsas hərəkətverici qüvvəsinə çevrilir. İki ölkə arasında ticarət dövriyyəsinin artması, sənaye və kənd təsərrüfatı sahələrində birgə layihələrin genişlənməsinə xidmət edəcək ki, bu da iqtisadi əsasları möhkəmləndirəcək. Yada salaq ki, 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsinin 42 faiz artaraq 506 milyon ABŞ dollarına çatması qarşılıqlı marağın və etimadın göstəricisidir. Qarabağda həyata keçirilən bərpa layihələri bu rəqəmlərin gələcəkdə daha da artıracaq.

Qarabağın bərpası ətrafında formalaşan Belarus–Azərbaycan əməkdaşlığı siyasi müstəvidə də mühüm mesajlar verir. Belarusun bu prosesdə iştirakı Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf strategiyasına beynəlxalq dəstəyin göstəricisidir, həm də regionda davamlı sülhün və sabitliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, Belarusun Cənubi Qafqazda sülh prosesinə töhfə verməyə hazır olduğunu bəyan etməsi Qarabağın bərpasının təkcə iqtisadi deyil, strateji və geosiyasi əhəmiyyətini də ön plana çıxarır.

Mövzu ilə bağlı Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun şöbə müdiri Mahir Zeynalov XQ-yə bildirdi ki, Qarabağın bərpası Azərbaycanın dövlət siyasətində müstəsna yer tutur: “Bölgədə infrastrukturun yenidən qurulması, yolların, enerji və su xətlərinin çəkilməsi, müasir yaşayış məntəqələrinin salınması, kənd təsərrüfatı və sənaye potensialının formalaşdırılması paralel və sistemli şəkildə həyata keçirilir. “Böyük Qayıdış” proqramı çərçivəsində məqsəd təkcə fiziki dağıntıların aradan qaldırılması deyil, həm də bu ərazilərin iqtisadi, sosial və ekoloji baxımdan dayanıqlı inkişaf modelinə uyğun şəkildə yenidən qurulmasıdır. Bu genişmiqyaslı prosesdə dost və tərəfdaş ölkələrin, xüsusilə Belarusun iştirakı xüsusi əhəmiyyət kəsb edir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri iki ölkə arasında siyasi etimadı iqtisadi və praktiki addımlarla tamamlayır. Belarusun bu tarixi prosesdə iştirakı strateji tərəfdaşlığın real məzmun aldığını göstərir. Qarabağın bərpası ətrafında qurulan bu əməkdaşlıq modeli təkcə Azərbaycan və Belarus üçün deyil, bütövlükdə region üçün davamlı inkişaf, qarşılıqlı fayda və etibarlı tərəfdaşlıq nümunəsi kimi çıxış edir”.

Ə.PÜNHAN
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Dekabr 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mercedes” əvvəl maşına, sonra ağaca çırpılıb aşdı Yaralı var

18 İyul 2026 00:33see330

Ömər Eldarovun vəziyyəti pisləşib

17 İyul 2026 21:26see262

ABŞ ın 12 F16 qırıcısı Yaxın Şərqdə gəldi

17 İyul 2026 21:36see231

Tramp meşə yanğınlarına görə Kanadanı ittiham etdi

18 İyul 2026 04:43see225

Kirayə mənzil axtaranların NƏZƏRİNƏ

18 İyul 2026 13:31see197

SEPAH İranın cənubunda MQ 9 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb

18 İyul 2026 06:37see186

Əhəmiyyətli irəliləyişlər əldə edə bilərik Trampdan Kobaxidzeyə MƏKTUB

18 İyul 2026 02:26see184

Konor Makqreqor növbəti rəqibinin adını açıqlayıb

18 İyul 2026 05:14see182

Arayikgilin çıxışları başa ÇATDI

17 İyul 2026 21:25see182

“Atalanta” Edersonla müqaviləni uzadıb

18 İyul 2026 01:49see179

Mesajlaşarkən emojilər beynimizə necə təsir edir? Pxisoloqdan maraqlı açıqlama

18 İyul 2026 01:29see177

ADNSU gənc alimləri işə dəvət edir 3500 manatadək maaş TƏKLİFİ FOTO

17 İyul 2026 20:27see176

Məhəmməd Salah və “Beşiktaş” əməkdaşlıq şərtləri barədə razılığa gəliblər

18 İyul 2026 06:19see174

Gürcüstanın yeni tranzit gedişi: Baş nazir regional planlarını açıqladı

17 İyul 2026 19:10see170

İran İraq Kürdüstanındakı ABŞ bazalarına zərbələr endirdiyini açıqlayıb

18 İyul 2026 03:35see169

Kimlər 6 il doğum borclanmasından yararlana bilər?

19 İyul 2026 03:37see164

“Çelsi” Rocerslə bağlı “Aston Villa” ilə razılığa gəlib

19 İyul 2026 07:17see163

Mbappe Messinin rekordunu qırdı DÇ nin ən çox qol vuran futbolçusu oldu

19 İyul 2026 02:43see162

Argentina İspaniya finalı 19/7/4 rəqəmlərinin sirri

19 İyul 2026 00:42see156

Runi Holanda mərcdə uduzdu və avarçəkənliyə başladı VİDEO

19 İyul 2026 04:16see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri