Icma.az
close
up
RU
Dövlət proqramı Qarabağın dirçəlişinə yeni imkanlar yaradır DEPUTAT DANIŞDI

Dövlət proqramı Qarabağın dirçəlişinə yeni imkanlar yaradır DEPUTAT DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may tarixində kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında qeyd etdiyi kimi, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair, 2026–2029-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan vəzifələr ölkənin kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaqdır”.

Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib.

O, qeyd edib ki, proqramda nəzərdə tutulan vacib məsələlərin icrasına başlanılmış, bu istiqamətdə geniş tədbirlər həyata keçirilmiş, izahat işləri aparılmış və proqramın təşviqinə başlanılmışdır: "Sözsüz ki, proqramda qarşıya qoyulan vəzifələrin icrası işğaldan azad olunmuş ərazilərdə də kənd təsərrüfatı sahələrinin inkişafını sürətləndirəcəkdir. Çünki bu torpaqlar böyük kənd təsərrüfatı potensialına malikdir və bu gün həmin ərazilərdə görülən bərpa, quruculuq və abadlıq işləri, eləcə də infrastrukturun genişləndirilməsi yüksək kənd təsərrüfatı məhsulları əldə etməyə imkan yaradacaqdır.

Torpaqlar minalardan təmizləndikdən sonra yüz minlərlə hektar torpaq sahəsi əkin dövriyyəsinə qatılacaq və insanların istifadəsinə veriləcəkdir. Artıq bu proses gedir və hər il həmin ərazilərdə yüz minlərlə hektar sahədə dənli və paxlalı bitkilər, eləcə də digər kənd təsərrüfatı məhsulları yetişdirilir.

Xocalıda və Zəngilanda torpaqlar icarə qaydasında vətəndaşlara verilir. Arı ailələri və heyvanlar Kəlbəcərin yaylaqlarına qaldırılır. Digər mühüm tədbirlər də həyata keçirilməkdədir.
Qarabağ və Şərqi Zəngəzur artıq özünün xoşbəxt günlərini yaşayır. Həyata keçirilən quruculuq və bərpa işləri, insanların öz ata-baba torpaqlarına qayıdışı bu gün işğaldan azad olunmuş ərazilərə yeni həyat bəxş etmişdir.

Dövlət Proqramının həyata keçirilməsi üçün altı milyard manata yaxın vəsaitin, eləcə də üç milyard manat investisiyanın cəlb olunması deməyə əsas verir ki, ölkənin kənd təsərrüfatı qısa müddətdə yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır. Bu isə yeni iş yerlərinin açılmasına, məhsul bolluğunun yaradılmasına və insanların maddi rifah halının yaxşılaşmasına imkan verəcəkdir.

Kənd təsərrüfatı ağır və zəhmət tələb edən bir sahədir. Bu sahənin inkişafı həm insanların əməyə məhəbbətindən və təşəbbüskarlığından, həm də təbii şəraitdən çox asılıdır. Lakin işğaldan azad olunmuş ərazilərdə görülən işlər, infrastrukturun yenidən qurulması və həmin torpaqlara yeni həyat verilməsi göstərir ki, bu sahədə atılan addımlar və irəli sürülən təşəbbüslər uğurlu olacaqdır. Çünki müharibədən sonra işğaldan azad olunmuş ərazilərdə elə möhtəşəm işlər həyata keçirilmişdir ki, bunu əvvəllər təsəvvür etmək çətin idi.

İqtisadi inkişaf, insanların torpağa qayğısı və məhəbbəti həmin əraziləri bu gün nəinki ölkənin, hətta dünyanın diqqət mərkəzinə çevirmişdir.

Kənd təsərrüfatı ərzaq təhlükəsizliyinin təmin edilməsində başlıca rola malikdir. Eyni zamanda, bu sahə çoxsaylı iş yerlərinin yaradılması baxımından da böyük əhəmiyyət daşıyır. Sözsüz ki, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi və həyata keçirilməsi gələcək inkişaf üçün çox böyük və uğurlu perspektivlər açır. İstər Dövlət Proqramında, istərsə də ölkə rəhbərinin çıxışında müəyyən edilmiş vəzifələrin icrası zəruridir və bu istiqamətdə görülən işlər həmin məqsədlərə nail olunacağını bir daha sübut edir".

Lətifə Abdıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:160
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 İyun 2026 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see327

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see319

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see315

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see306

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see287

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see267

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see254

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see249

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see248

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see247

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see242

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see219

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see219

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see213

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see204

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see198

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see195

Əliyevlə deyil, kimlə imzalayım? Lula da Silva ilə?

18 Noyabr 2026 21:19see183

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see183

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri