Icma.az
close
up
RU
Belarus səfiri: Hər səfərimdə Qarabağda intensiv inkişaf proseslərinin şahidi oluram

Belarus səfiri: Hər səfərimdə Qarabağda intensiv inkişaf proseslərinin şahidi oluram

Azertag saytına istinadən Icma.az xəbər verir.

Xankəndi, 1 may, AZƏRTAC

Qarabağda qısa müddət ərzində aparılan genişmiqyaslı bərpa-quruculuq işləri regionun sürətli inkişafını aydın şəkildə göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında diplomatik korpus nümayəndələrinin Şərqi Zəngəzur və Qarabağa səfəri çərçivəsində Xankəndiyə gələn Belarusun ölkəmizdəki səfiri Dmitri Pineviç deyib.

Diplomat bildirib ki, o, son dövrlərdə Qarabağa tez-tez səfər etmək imkanı qazanıb və hər dəfə bölgədə intensiv inkişaf proseslərinin şahidi olur. “Füzuli şəhərinə səfər edərkən müasir hava limanını görürük, yeni inşa olunmuş avtomobil yolları ilə hərəkət edirik. Bu, infrastruktur, nəqliyyat və enerji layihələrinin sürətlə həyata keçirildiyini göstərir. Eyni zamanda, sənaye zonaları, xüsusilə Ağdam iqtisadi zonası inkişaf etdirilir”, – deyə səfir qeyd edib.

D.Pineviç vurğulayıb ki, səfərin ilk dayanacağının Xocalı Soyqırımı Memorialı olması xüsusi rəmzi məna daşıyır: “Xalqın yaddaşı onun gələcəyidir”.

Səfir əlavə edib ki, bu gün bölgədə uşaqlardan tələbələrə qədər müxtəlif yaş qruplarının fəallığı gələcəyə ümidləri artırır.

O, həmçinin Belarus ilə Azərbaycan arasında Qarabağda həyata keçirilən birgə layihələrə toxunaraq bildirib ki, Zəngilanda istehsal obyektinin tikintisi, Ağdam iqtisadi zonasında əməkdaşlıq və Xankəndidə təhsil layihələri üzərində iş aparılır. “Ümid edirəm ki, bu müxtəlif layihələr Xankəndi, Şuşa və ümumilikdə Qarabağın inkişafına töhfə verəcək”, – deyə diplomat vurğulayıb.

Müxbir - Pərvanə Qafarova

Fotoqraf - İlkin Cavanşirov

Videooperator - Ceyhun Mustafayev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 May 2026 14:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri