Belarus və Çin hərbi texniki əməkdaşlığa dair əsas sənəd imzalandı
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Belarusla Çin arasında silah və hərbi texnika sahəsində əməkdaşlıq üzrə Koordinasiya Komitəsinin iclasının yekun protokolu imzalanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Belarus Dövlət Hərbi Sənaye Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumatda deyilir: “İmzalanan sənədlər yeni silah növlərinin hazırlanması sahəsində əməkdaşlığın möhkəmləşdirilməsini, hərbi texnikanın modernləşdirilməsi üzrə birgə layihələri, eləcə də yüksək texnologiyalar sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur”.
Belarus Dövlət Hərbi Sənaye Komitəsi və Çinin Silah və Hərbi Texnikanın İnkişafı Baş İdarəsinin Hərbi Texnologiyaların və Hərbi Texnikanın İnkişafı Departamenti arasında da hərbi-texniki sahədə Anlaşma Memorandumu imzalanıb.
Sənəd hərbi texnologiyaların inkişafı və modernləşdirilməsi sahəsində əməkdaşlığın gücləndirilməsini, iki ölkənin ixtisaslaşmış strukturları arasında qarşılıqlı fəaliyyət mexanizmlərinin yaradılmasını, habelə hərbi sənaye kompleksinin prioritet sahələrində təcrübə və texnologiyaların mübadiləsini nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:44
Bu xəbər 15 Avqust 2025 23:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















