Azərbaycanla Özbəkistan hərbi texniki əməkdaşlığa dair Yol xəritəsi imzalandı
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində keçirilən “IDEX-2025” Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində fevralın 17-də Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayev Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mənsurcan İbadullaev ilə görüşüb.
Bu barədə Yenicag.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.
Görüşdə iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Sonda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyəti ilə Özbəkistan Respublikasının Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyi arasında əməkdaşlığa dair Yol xəritəsi imzalanıb.
Sərgi zamanı V.Mustafayev, həmçinin Türkiyə Respublikasının “Makine ve Kimya Endüstrisi”, BƏƏ-nin “International Golden Group”, Serbiya Respublikasının “Jugoimport” və Almaniya Federativ Respublikasının “Rheinmetall” şirkətlərinin rəhbərləri ilə görüşüb.
Görüşlərdə müdafiə sənayesində birgə əməkdaşlıq imkanları, hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 17 Fevral 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















