Icma.az
close
up
RU
Belarusda faşizm üzərində qələbədə Azərbaycanın rolundan bəhs edən kitabın təqdimatı keçirilib

Belarusda faşizm üzərində qələbədə Azərbaycanın rolundan bəhs edən kitabın təqdimatı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Kiyev, 3 iyul, AZƏRTAC

Belarusun Vileyka şəhərinin faşizm işğalından azad edilməsi münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun abidəsi önündə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə “Vileika Diyarşünaslıq” Muzeyinin direktoru Olqa Şlyapo şəhərin faşist işğalçılarından azad edilməsi tarixinə nəzər salaraq deyib: “1944-cü il iyulun 2-də Vileyka işğaldan azad edilib. Həmin əməliyyatı Tank Qoşunlarının qvardiya general-mayoru Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun komandanlığı ilə 35-ci Qvardiya Tank Briqadası həyata keçirib. Qırmızı Ordu əsgərlərinə Sovet İttifaqı Qəhrəmanı Georgi Pokrovskinin komandanlığı altında Vasili Voronyanski adına Xalq Qisasçılar Briqadasının partizanları kömək ediblər. Azərbaycan xalqının şanlı oğlu Həzi Aslanov iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, adı tarixə düşüb, göstərdiyi şücaətlər bir çox kitablarda qeyd olunub, xatirəsi şəhərimizdə əbədiləşdirilib. Vileykada bir küçə onun adını daşıyır. 2009-cu ildə Belarusun azad edilməsinin 65 illiyi şərəfinə abidəsi ucaldılıb.

Sevinirik ki, Azərbaycan xalqı da bu xatirəni qoruyub saxlayır. Keçmiş qələbələrimiz bu gün və gələcəkdə ölkələrimiz arasında dostluğun bünövrəsidir”.

Tədbirdə Maksim Tank adına Belarus Dövlət Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Fuad İbrahimov çıxış edərək faşizm üzərində qələbədə Azərbaycan xalqının rolundan danışıb: “Bu, Azərbaycan və Belarus xalqının da tarixi yaddaşıdır. Biz fəxr edirik ki, xalqımızın igid oğulları Belarus torpaqlarının da azadlığı uğurunda böyük şücaət göstəriblər”.

Sonra tədbir iştirakçıları iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsi önünə gül dəstələri qoyaraq, onun xatirəsini ehtiramla yad ediblər.

Daha sonra “Vileyka Diyarşünaslıq” Muzeyinin sərgi salonunda Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, araşdırmaçı-jurnalist Fuad Hüseynzadənin “Böyük Qələbənin varisləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri muzeyin elmi işçisi Olqa Kolosova açaraq Vileyka şəhərinin azad edilməsində Həzi Aslanovun xidmətlərindən danışıb və kitabda da bu haqda geniş məlumat verildiyini bildirib.

Belarus-Azərbaycan İcmaları Konqresinin təşkilatçılığı ilə keçirilən təqdimat zamanı Fuad Hüseynzadə öncə 3 İyul - Belarusun Müstəqillik Günü münasibəti ilə hər kəsi təbrik edib.

Kitabın İkinci Dünya müharibəsində Qələbənin 80 illiyinə həsr olunduğunu deyən müəllif nəşrin ilk növbədə beynəlxalq auditoriyaya ünvanlandığını bildirib: “Kitabda Azərbaycanın Qələbəyə verdiyi töhfə, xalqın ictimai-siyasi, iqtisadi və hərbi sahələrdə iştirakı, eləcə də ata və babaları İkinci Dünya müharibəsində döyüşmüş xaricdə yaşayan azərbaycanlıların qəhrəmanlıqları təfərrüatı ilə təhlil edilib. 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpasında iştirak etmiş yeni nəslin nümayəndələrinə də xüsusi yer ayrılıb”.

Vileyka Rayon İcraiyyə Komitəsinin sədri Anatoli Zavatski İkinci Dünya müharibəsi illərində Azərbaycan əsgərlərinin Belarus torpağında göstərdikləri qəhrəmanlıqların xatirələrdə yaşadığını bildirib: “Vileyka şəhəri bu müharibənin mühüm xatirə yerlərindən biridir. 1944-cü il iyulun 1-2-də Vileyka şəhərini faşist işğalçılarından azad edən iki dəfə Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanovun şücaəti xüsusilə təqdirəlayiqdir. Bu qəhrəmanlığın xatirəsi xalqlarımız arasında dostluq və həmrəyliyin möhkəmlənməsinə xidmət edir”.

Belarus-Azərbaycan İcmaları Konqresinin Qrodno şəhəri üzrə nümayəndəliyinin sədri Elxan Bəylərov, Bobruvski şəhəri üzrə nümayəndəliyinin sədri Raman Quqasari, İdarə Heyətinin üzvləri Soltan Hacıyev, Elman Mahmudov və başqaları çıxış edərək Vileykada Azərbaycanın qəhrəman oğlu Həzi Aslanovun göstərdiyi şücaətin diqqətdə saxlanmasından məmnunluqlarını ifadə ediblər.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 İyul 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri