Icma.az
close
up
RU
Faşizm üzərində qələbədə onun da payı var

Faşizm üzərində qələbədə onun da payı var

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astara, 6 may, İsmayıl Cəfərli, AZƏRTAC

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qazanılan qələbədən 80 il ötür. Bu qələbənin əldə olunmasında Azərbaycanın da xüsusi rolu və payı var. Cəbhəyə 600 mindən çox övladını yola salan xalqımızın müharibə illərində istər ön cəbhədə, istərsə də arxa cəbhədə göstərdiyi fədakarlıq 20-ci əsrin qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılıb. Faşizm üzərində qələbənin əldə olunması üçün igidliklə döyüşən oğullardan 170 mindən çoxu müxtəlif orden və medallara layiq görüldü. Onlardan biri də hazırda Astara rayonunun Pensər kəndində yaşayan 100 yaşlı İzzət Nəhmətovdur.

AZƏRTAC xəbər verir ki, müharibənin davam etdiyi illərdə azərbaycanlılardan ibarət yaradılmış diviziyaların tərkibində döyüşən İzzət Məmmədsəfa oğlu Nəhmətov bəşəriyyətin ən qanlı və dəhşətli illərini xatırladıqca, bəzən kədərlənir, bəzən də qazanılan qələbənin sevinc hissi onun üzünü güldürürdü. Artıq şanlı tarixdən 80 il ötür... Asan deyil 100 yaşlı döyüşçü üçün o illəri olduğu kimi xatırlamaq. İzzət kişi deyir ki, 1943-cü ilin sentyabrında Orconikidze (indiki Vladiqafqaz) şəhərinə əsgər aparılıb. 25 gün təlimdən sonra isə müharibəyə, döyüşə göndəriliblər.

Azərbaycanın cəsur oğul və qızları İkinci Dünya müharibəsinin bütün cəbhələrində vuruşaraq böyük hünər və qəhrəmanlıqlar göstərirdilər. Minlərlə igid həmvətənimiz kimi, İzzət də Belarus Respublikasının faşistlərdən azad olunmasında iştirak edib. Onun 1943-cü ildə başlanan döyüş yolu Smolensk vilayətində davam edib. Bir çox döyüşlərdə qəhrəmanlığı ilə fərqlənib. Lakin 1944-cü ildə ağır döyüş əməliyyatlarında yaralanıb və xəstəxanaya aparılıb.

“Bir yoldaşım var idi, onu snayperlə vurdular. Sığınacaq qazırdı. Sinəsindən vurulmuşdu. Mən də o döyüşdə ayağımdan yaralandım. Məni Smolensk xəstəxanasına apardılar”, - deyir İzzət kişi. O, həmin günləri yada saldıqca dərin köks ötürür, döyüşlər zamanı başına gələn əhvalatları danışır.

İkinci Dünya müharibəsinin iştirakçısı alman faşizmi üzərində qazandıqları qələbədən qürurla söz açır. Deyir ki, bu qələbənin əldə olunmasında Azərbaycanın igid övladları qəhrəmanlıqlar nümayiş etdiriblər. Onların davamçıları isə erməni faşizmini məhv etdilər, torpaqlarımızı yağı düşmənin tapdağı altında qoymadılar.

Qeyd edək ki, İkinci Dünya müharibəsində 5612 astaralı iştirak edib. Onlardan 1064 nəfəri həlak olub, 827 nəfəri isə itkin düşüb. Tarixən müharibələrdə şücaət göstərərək sinələrini orden və medallarla bəzəyən cəsur ata-babalarımızın keçdiyi şərəfli ömür yolu böyüməkdə olan gənc nəslə örnəkdir. İkinci Qarabağ müharibəsində 44 günə Ermənistan ordusunu diz çökdürən gənc əsgər və zabitlərimiz əbədi və əzəli torpaqlarımızı düşməndən azad etməklə qəhrəman xalq olduğumuzu bir daha bütün dünyaya sübut etdilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:220
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 May 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri