Belarusun baş naziri MDB regionlarının birinci forumunun keçirilməsini təklif edib
Aznews.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Belarusun baş naziri Roman Qolovçenko Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin regionlarının birinci forumunun keçirilməsi təklifi ilə çıxış edib.
“Mən MDB məkanında regionlararası iqtisadi əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmək istərdim. İnanırıq ki, MDB ölkələrinin regionlarının birinci forumunun keçirilməsi buna şərait yaradacaq”, - deyə o, Moskvada Birlik ölkələrinin Hökumət Başçıları Şurasının iclasında bildirib.
İclasa sədrlik edən Rusiyanın baş naziri Mixail Mişustin təklifi dəstəkləyib.
Mövsüm
Aznews.az

Belarusun yeni baş naziri Aleksandr Turçin kimdir?
10 Mart 2025 14:20
Belarusun Suriyadan qaçan diplomatları...
18 Dekabr 2024 21:10
Belarusun elektromobili yenidən sürüşür..?
13 Fevral 2025 21:56
Belarusun rənglər aləmi Bakıda
15 Mart 2025 11:27
Belarusun baş məşqçisi: “Qalibiyyətə görə şadıq”
26 Mart 2025 00:23

