Icma.az
close
up
RU
AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Mərkəzi Elmi Kitabxanada Azərbaycan Milli Elmlər Akademiyasının Elm Gününə həsr edilmiş toplantısı keçirilib. Əvvəlcə iştirakçılar elmi nailiyyətləri əks etdirən kitab və rəsm əsərlərindən ibarət sərgiyə baxıblar. Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın əsərlərindən ibarət sərgidə isə onun imza saatı təşkil olunub.

Məclisdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli “Elm Günü və elmlə ədəbiyyatın dialoqu” mövzusunda məruzə edib. Builki Elm Gününün AMEA-nın 80 illik yubileyinə təsadüf etdiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı ilə bu elm məbədinin şərəfli tarixi yoluna qiymət verildiyini bildirib.

Ümummilli liderin təməlini qoyduğu və uğurla həyata keçirdiyi elm siyasətinin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini deyən akademik İsa Həbibbəyli dövlətimizin başçısının daim elmə, təhsilə, ədəbiyyata və ümumilikdə milli mədəniyyətimizə xüsusi diqqət və qayğı ilə yanaşdığını söyləyib. AMEA rəhbəri hazırda akademiya qurumlarında prioritet istiqamətlərdə – işğaldan azad olunmuş ərazilərə, Qərbi Azərbaycana, Türk dünyasına, süni intellektə dair mühüm tədqiqatların aparıldığını, bu araşdırmaları həyata keçirmək üçün daxili imkanlar hesabına 47 yeni şöbənin yaradıldığını diqqətə çatdırıb.

Mərasimin Azərbaycan Yazıçılar Birliyinin sədri, fəxri qonaq, Xalq yazıçısı Anarın həyatı və yaradıcılığına həsr edildiyini deyən akademik İsa Həbibbəyli ədibin Azərbaycan ədəbiyyatında bir sıra ilklər yaratdığını, şəxsiyyəti və əsərləri ilə daim diqqət mərkəzində olduğunu söyləyib. O sonda akademiyanın kollektivi adından AMEA-ya göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib, Azərbaycan alimlərinin bundan sonra da ölkəmizin milli maraqlarını və prioritetlərini rəhbər tutaraq tədqiqatlarını davam etdirəcəklərini söyləyib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutunun direktoru professor İrma Ratiani Azərbaycanın elmi ictimaiyyətini Elm Günü münasibəti ilə təbrik ediblər. Akademik İsa Həbibbəyli gürcü qonaqlar İrma Ratianiyə və professor Maka Elbakidzeyə AMEA-nın Təşəkkürnaməsini təqdim edib.

Milli Məclisin sədr müavini Rafael Hüseynov, Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Abel Məhərrəmov, Azərbaycanda Atatürk Mərkəzinin direktoru akademik Nizami Cəfərov, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov və “Qobustan” jurnalının baş redaktoru Pərvin Nurəliyeva son illərdə Azərbaycan elminin əldə etdiyi nailiyyətlərdən danışıblar. Onlar Xalq yazıçısı Anarın həyatının, ədəbi və ictimai fəaliyyətinin önəmli məqamlarına da toxunublar.

İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov elmi müəssisə əməkdaşlarının Xalq yazıçısı Anarın süni intellektlə hazırladıqları video-
kadrını təqdim edib. Əlamətdar bayram çərçivəsində onun imza saatının, əsərlərindən ibarət sərginin təşkilinə görə akademiya rəhbərliyinə minnətdarlığını bildirən Anar AMEA-da aparılan yeniləşmə və səmərəli fəaliyyətin ölkəmizin inkişafına yeni töhfələr  verəcəyini vurğulayıb.

Sonda Anar haqqında hazırlanmış “Anarla üz-üzə” filmi nümayiş olunub.

T.AYDINOĞLU

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:294
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Aprel 2025 13:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see682

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see373

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see237

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see212

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see187

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see185

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see185

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see184

İnfrastruktur quruldu, növbə biznesindir: Qarabağda hansı sahələr daha çox qazandırır?

01 Oktyabr 2026 21:16see181

İranla bağlı Trampdan növbəti açıqlama

02 Oktyabr 2026 00:09see181

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see178

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see176

ABŞ nin qara siyahı sındakılar

02 Oktyabr 2026 00:35see175

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see171

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see171

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see170

Tramp administrasiyası 250 mindən çox vizanı ləğv etdi

01 Oktyabr 2026 20:59see166

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see166

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see164

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri