Icma.az
close
up
RU
Belçika artan hibrid təhdidlərin hədəfindədir

Belçika artan hibrid təhdidlərin hədəfindədir

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Paris, 13 noyabr, AZƏRTAC

Belçika son aylarda müəyyən şəkildə mərkəzə çevrilmiş hibrid təhdidlərlə üz-üzədir.

AZƏRTAC xəbər verir ki, bu barədə Belçika federal parlamentinin müdafiə komissiyası qarşısında yeni strateji müdafiə vizyonu ilə bağlı dinləmələrdə Baş Qərargah rəisi, Hərbi Hava Qüvvələri generalı Frederik Vansina açıqlama verib.

AZƏRTAC xəbər verir ki, o, ölkədə son vaxtlar müşahidə edilən insidentlərin – hava limanları və hərbi bazalar üzərində qanunsuz dron uçuşları, kiberhücumlar, Şimal dənizində şübhəli gəmi fəaliyyətləri və sosial şəbəkələrdə aqressiv ritorikanın Belçikanın hibrid əməliyyatların hədəfi olmasını göstərdiyini deyib.

Generalın sözlərinə görə, bu tip hibrid fəaliyyətlər təkcə Belçikada deyil, Danimarka, Almaniya və Niderland kimi digər Avropa ölkələrində də müşahidə olunur. O, sualtı kabel sabotajları, kiberhücumlar və dezinformasiya kampaniyalarını Rusiyanın mümkün müdaxiləsinə misal kimi göstərib. O qeyd edib ki, pilotsuz uçuş aparatlarına qarşı müdafiə sistemi (Counter Unmanned Aerial Systems (C-UAS)) artıq müdafiənin radarında mövcud idi. Müdafiə naziri Teo Frankenin istəyi ilə hazırlanan təcili plan isə bu strategiyanın sadəcə sürətləndirilməsidir. Hazırda bu sistemlərin operativ şəkildə tətbiqi üzərində iş aparılır və proses bir neçə ay davam edəcək.

General hərbi zonalarda qaydaların daha sərt olduğunu təsdiqləyib. “Hərbi ərazilərdə dronları məhv etmək mümkündür. Bu çətindir, xüsusilə gecə və uyğun vasitələr olmadan, amma qaydalar mövcuddur. Əsas məqsəd mülki zonalarda ziyana yol verməməkdir. Mülki zonalarda, məsələn, hava limanlarında vəziyyət daha mürəkkəbdir. Hava nəqliyyatına nəzarət qurumu “Skeyes” dronlara qarşı siqnalların yayılmasını təhlükəsizlik baxımından qadağan edir, çünki bu, mülki təyyarələrə təsir göstərə bilər. Bu səbəbdən hökumət yeni qaydaların hazırlanması üçün araşdırmalar aparır”, - deyə o bildirib. General, həmçinin beynəlxalq vəziyyətə toxunaraq bildirib ki, II Dünya müharibəsindən bəri mövcud olan qlobal nizam hazırda dağıntıya uğrayır. Heç nə göstərmir ki, Rusiya Prezidenti Vladimir Putin yaxın zamanda Ukraynada müharibəni dayandıracaq.

F.Vansina Ukrayna müharibəsinin texnoloji reallığı dəyişdirdiyini deyib. O, yalnız 2025-ci ildə Ukraynanın cəbhədə 4 milyon pilotsuz uçuş aparatından istifadə etdiyini vurğulayıb və qeyd edib ki, bu, yalnız başlanğıcdır. Dronlar getdikcə daha çox süni intellektlə idarə olunacaq.

Baş Qərargah rəisi Avropa müdafiə sənayesinin praktik olaraq sağ qalmaq uğrunda mübarizə apardığını deyib. O hesab edir ki, prosedurlar çox ləngiyir və hökuməti, eləcə də maliyyə qurumlarını satınalma proseslərini sürətləndirməyə çağırıb.

General yekunda vurğulayıb ki, yeni qəbul edilən strateji plan Belçikanın müdafiəsinin yenidən qurulmasını gücləndirəcək. 2016-cı ildən başlayan modernləşmə əvvəlki hökumət dövründə uğurla davam edib və 2026–2034 dövrünü əhatə edən yeni strateji plan orduya böyük investisiyaları nəzərdə tutur.

Belçika, hibrid təhlükələrin artdığı bir dövrdə müdafiəsini gücləndirməyə çalışır və qarşıdakı aylar bu istiqamətdə həlledici olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Noyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see695

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see656

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see391

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see245

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see241

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see237

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see220

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see212

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see201

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see197

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see197

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see188

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see188

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see183

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see181

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see180

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see165

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see165

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see165

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri