Belçika hakimiyyəti Senatı ləğv etmək qərarına gəlib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Belçika parlamenti tezliklə birpalatalı ola bilər. Krallığın hakimiyyəti bütün səlahiyyətlərini Nümayəndələr Palatasına verərək, Senatı ləğv etmək niyyətindədir.
Oxu.Az xəbər verir ki, bu barədə RTBF məlumat verib.
Bu fikir uzun müddətdir ki, gündəmdədir, lakin baş nazir Bart de Vever bütün koalisiya tərəfdaşlarının razılığını almalı idi və buna yalnız indi nail ola bilib. Lakin onun bu məsələdə müxalifətin də dəstəyini alması lazımdır. Senatın ləğvi üçün bu təklif deputatların üçdə ikisi tərəfindən dəstəklənməlidir.
Bununla belə, artıq bəzi müxalifət nümayəndələri parlament islahatı ilə ümumilikdə razılaşdıqlarını, lakin hakim koalisiyanın detallarını və konkret təkliflərini öyrənmək lazım olduğunu bildiriblər.
"İndiki formada Senatın artıq heç bir əlavə dəyəri yoxdur", - deyə Ekoloji Yaşıllar Partiyasının nümayəndəsi Stefan Van Hekke bildirib.
Baxış sayı:78
Bu xəbər 17 İyun 2025 17:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















