Belçika ilə iqtisadi tərəfdaşlığın inkişafı müzakirə olunub
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 31 oktyabr, AZƏRTAC
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Belçika Müəssisələri Federasiyasının prezidenti, “FiB Belgium” şirkətinin icraçı direktoru Rene Branders ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanın Belçika Krallığı ilə əlaqələrin inkişafına önəm verdiyi vurğulanıb, keçirilən görüş və tədbirlərin, aparılan danışıqların iqtisadi əməkdaşlığın genişlənməsində əhəmiyyət kəsb etdiyi qeyd olunub. Belçika ilə ticarət, sənaye, enerji, nəqliyyat və digər istiqamətlər üzrə işbirliyinin gücləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb. Belçikalı investorlar ölkəmizdə həyata keçirilən layihələrdə fəal iştiraka dəvət olunub.
Tərəflər Azərbaycan və Belçika arasında iqtisadi əməkdaşlığın prioritetləri, qarşılıqlı sərmayə təşəbbüslərinin reallaşması və ixrac missiyalarının təşkili imkanlarını dəyərləndiriblər.
Qeyd edək ki, Belçika Müəssisələri Federasiyası 1973-cü ildə Belçika Sənaye Federasiyası və Belçikanın Sənaye Olmayan Müəssisələr Federasiyasının birləşməsi ilə yaradılıb. Qurum 40-dan çox sahəvi federasiya vasitəsilə 50 mindən çox şirkəti özündə birləşdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Oktyabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















