Icma.az
close
up
RU
İsraillə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

İsraillə iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə olunub

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailin xarici işlər naziri Gideon Saar ilə görüşüb.

XQ xəbər verir ki, görüşdə Azərbaycan və İsrail arasında iqtisadi əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi vurğulanıb. Müxtəlif istiqamətlər üzrə birgə fəaliyyətin gücləndirilməsi üçün böyük potensial var. Tərəflər iqtisadi işbirliyinin hüquqi bazasının möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artırılması, sənaye, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar və digər sahələrdə əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Birgə investisiya layihələrinin icra vəziyyəti nəzərdən keçirilib.

Bakıda Azərbaycan-İsrail biznes forumu keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, əczaçılıq, kənd təsərrüfatı, texnologiyalar, su təchizatı və idarəçiliyi, nəqliyyat-logistika, kibertəhlükəsizlik, bankçılıq, turizm və digər sahələrdə fəaliyyət göstərən 100-dən çox şirkət nümayəndəsi iştirak edib.  

Forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı etimad üzərində qurulduğunu vurğulayıb. Qeyd olunub ki, yüksək səviyyəli təmaslar ikitərəfli münasibətlərin möhkəmləndirilməsində önəmli rol oynayır. Ötən həftə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan və İsrail prezidentlərinin görüşü zamanı ikitərəfli gündəliyimizlə bağlı məsələlərin müzakirə olunduğu bildirilib.

İsrail ilə geniş spektrli sahələr üzrə qarşılıqlı faydalı tərəfdaşlıq formalaşıb. Bununla yanaşı, ölkələrimiz arasında enerji, ticarət, investisiya, kənd təsərrüfatı, əczaçılıq, nəqliyyat və digər sahələrdə işbirliyinin təşviqi üçün geniş imkanlar var.

İqtisadiyyat naziri Azərbaycanın cəlbedici investisiya mühiti, investorlar üçün yaradılan imkanlar haqqında məlumat verib, forumda aparılan müzakirələrin yeni təşəbbüslərin gerçəkləşdirilməsinə, işgüzar əlaqələrin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

İsrailin xarici işlər naziri Gideon Saar Azərbaycan-İsrail münasibətlərinin dinamik inkişafını yüksək qiymətləndirib, biznes dairələri arasında birbaşa əlaqələrin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. İqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün mütəmadi dialoqun və birgə layihələrin artırılmasının vacibliyi vurğulanıb.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev İsraillə iqtisadi əməkdaşlığın inkişafında təşkil edilən tədbirlərin, işgüzar əlaqələrin töhfələrini qeyd edib, biznes tərəfdaşlığı haqqında fikirlərini bölüşüb.   

Tədbirdə Ələt Azad İqtisadi Zonası, İqtisadi Zonaların İnkişafı Agentliyi və AZPROMO nümayəndələri tərəfindən Azərbaycanın Xəzər regionunda strateji biznes mərkəzi kimi rolu, ölkəmizin investisiya potensialı barədə təqdimatlar keçirilib.

Forum çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə İsrail İstehsalçılar Assosiasiyası arasında Anlaşma Memorandumu imzalanıb.

Tədbir zamanı B2B və B2G görüşlər təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Yanvar 2026 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see258

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see257

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see245

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see202

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see186

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see184

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see174

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see170

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see159

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see157

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see157

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see157

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see157

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see154

Tramp ABŞ nin gizli silahının adını açıqladı Maduro ələ keçirilərkən istifadə olunub

24 Yanvar 2026 23:33see146

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see146

Tramp ABŞ ordusunun gizli silahının adını açıqladı

24 Yanvar 2026 23:36see144

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see142

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see142

A Seriyası: Komo Torino nu meydana çıxdığına peşman etdi

25 Yanvar 2026 02:48see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri