Icma.az
close
up
RU
Belçika parlamentinin növbəti qərəzi...

Belçika parlamentinin növbəti qərəzi...

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra müəyyən xarici dairələr ölkəmizə qarşı açıq qərəz nümayiş etdirirlər. Bir sıra Avropa ölkələri Ermənistana havadarlıq etməkdən yorulmaq bilmir. Bunu həmin ölkələrin parlamentlərində Azərbaycan-Ermənistan münasibətləri, keçmiş Qarabağ münaqişəsinə dair aparılan müzakirələr, qəbul olunan “sənədlər” də təsdiqləyir. Təəssüf ki, belə davranış Avropa dəyərlərinin və beynəlxalq hüquq normalarının tapdanmasıdır. Erməni diasporunun maliyyəsi ilə Ermənistana lobbiçilik edən qüvvələr dövlətimizin beynəlxalq imicinə zərbə vurmağa çalışırlar.

Səfirimiz bütün iddialara tutarlı cavab verib

Ermənistana havadarlıq edən ölkələrdən biri də Belçikadır. Bugünlərdə Belçika Parlamentinin Xarici əlaqələr komissiyasında Azərbaycan-Ermənistan münasibətlərinə dair hazırlanmış qərəzli qətnamə layihəsi ilə bağlı dinləmələr keçirilib. Azərbaycanın bu ölkədəki səfiri Vaqif Sadıqov komissiya üzvləri qarşısında çıxış edib, onların ermənilərin fikirlərinə əsaslanan və regiondakı mövcud reallıqları əks etdirməyən çoxsaylı suallarını cavablandırıb. Eyni zamanda, müzakirələrdə Qərbi azərbaycanlıların tarixi torpaqlarına qayıdış hüququ, vaxtilə işğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən həyata keçirilmiş total dağıdıcılıq siyasəti, ölkəmizin üzləşdiyi mina problemi və itkin düşmüş şəxslərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılıb. Həmçinin vurğulanıb ki, 2020-ci ildən sonra bölgədəki mövcud reallıqlar Ermənistan hökuməti tərəfindən qəbul edildiyi bir vaxtda, bəzi Avropa ölkələrinin parlament təsisatları tərəfindən fərqli təqdim olunur. Bu isə Azərbaycan və Ermənistan arasında həssas normallaşma prosesinə təsir göstərir.

Səfir Azərbaycan tərəfinin parlamentariləri maraqlandıran bütün məsələlərlə bağlı konstruktiv dialoqa hazır olduğunu bildirib. Həmçinin dayanıqlı sülhə və iki ölkə arasında münasibətlərin inkişafına xidmət etməyən adıçəkilən qətnamə layihəsinin qəbuluna təkrar baxılacağına ümidvar olduğunu diqqətə çatdırıb.

Kamran Bayramov: Bu tip qətnamələrlə dövlətimizin mövqeyinə təsir etmək mümkün deyil

Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, bəzi Avropa ölkələrinin bu davranışları qəbulolunmazdır. Onun sözlərinə görə, Fransa kimi Belçika da Azərbaycana qarşı qərəz nümayiş etdirir. Belçika  Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı soyqırımı barəsində daim susmağa üstünlük verib. Azərbaycanın itkin düşmüş 4 minə yaxın dinc sakininin taleyi hələ də məlum deyil, lakin selektiv və qərəzli yanaşmaya əsaslanan Belçika parlamenti bu cinayətləri görməzdən gəlir, Azərbaycana qarşı haqsız və saxta iddiaları üstün tutur.

K.Bayramovun fikrincə, əslində, bu gün Avropanın Azərbaycana böyük ehtiyacı var.  Ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyən millət vəkili söyləyib ki, neft-qazla yanaşı, hazırda yaşıl enerjinin ixracı istiqamətində də işlər görülür: “Belçika parlamentariləri ölkəmizin Avropa üçün önəmini dərk etməlidirlər. Amma təəssüf ki, Avropa Parlamentində və Avropa Komissiyasında Azərbacana qarşı düzgün olmayan yanaşma mövcuddur. Prezident İlham Əliyev aprelin 9-da ADA Universitetində yeni dünya nizamına həsr olunmuş beynəlxalq forumda qeyd edib ki, Avropa İttifaqında elektrik enerjisi çatışmır və bu məqsədlə hazırda Azərbaycandan Qara dənizin dibi ilə Rumıniyaya çəkiləcək yaşıl enerji kabeli üzərində işləyirik. Bu layihə reallışdıqdan sonra Azərbaycanın Avropa üçün önəmi daha da artacaq. Prezidentimizin dediyi kimi, Avropa Komissiyasında əyləşənlər gözlərindən eynəyi çıxarsınlar və Azərbaycan kimi ölkələri dəyərləndirsinlər. Bu baxımdan, Belçika da Avropa İttifaqının üzvü kimi ölkəmizə qarşı qərəzə son qoymalıdır”.

Pərvanə Vəliyeva: Avropa ölkələri Prezidentimizin mesajlarından nəticə çıxarmalıdır

“Belçika Parlamentində ilk dəfə deyil ki, Azərbaycan əleyhinə, absurd ittihamlarla dolu, ölkəmizin ərazi bütövlüyü və suverenliyinə xələl gətirəcək ifadələr işlənən qətnamə layihələri müzakirə edilir və ya qəbul olunur. Əslində, Belçika deputatları öz ölkələrinin problemlərini, ölkə rəsmilərinin fəaliyyət və ya fəaliyyətsizliyini müzakirə etsə, daha yaxşı olar. Regionumuzdan kənarda yerləşən xarici bir ölkənin daxili işlərinə qarışmaqla öz ölkələrində baş verən siyasi böhranları gizlətməyə çalışırlar”. Bu fikirləri isə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Pərvanə Vəliyeva deyib. Onun sözlərinə görə, Azərbaycan daim haqlı mövqedə olub, qlobal və regional məsələlərə ədalət prizmasından yanaşıb. Belçika deputatları Azərbaycan xalqına qarşı törədilən cinayətləri isə görməzdən gəlir. “Qərbi Azərbaycandan qovulan soydaşlarımız XX əsrdə dörd dəfə böyük deportasiyaya məruz qalıb və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, bu isə ölkə ərazisinin 13 faizini təşkil edir. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar 1 milyona yaxın keçmiş qaçqın və məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir”- deyən millət vəkili əlavə edib ki, Belçika Krallığında növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya bu il fevralın 1-də koalisiya sazişi imzalayaraq hökumət qurmuşdu. Sözügedən sazişdə Azərbaycana və azərbaycanlılara qarşı qeyri-konstruktiv və ayrı-seçkilik xarakterli müddəalar yer alır. Koalisiya sazişində “Dağlıq Qarabağ” kimi ifadələrdən istifadə etməklə, Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə xələl gətirilməyə çalışılır. O, deyib ki, 1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasət yerli xalqların dilini, dinini, mədəniyyətini, irqini yer üzündən silməyə yönəlmişdi. Kolonial dövrün acı irsi Afrika ölkələrində hələ də davam edir. “Həmin xalqlar Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Belçika parlamentarilərinə Belçikanın müstəmləkə keçmişi və qarışıq irqdən olan şəxslərə və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış etməyi tövsiyə edirəm”-deyə həmsöhbətimiz vurğulayıb.

P.Vəliyeva söyləyib ki, 2021-ci ildən bu günə kimi Azərbaycanın adı Avropa Parlamentinin 35 sənədində mənfi məzmunda hallandırılıb: “Bunlardan 12-si sırf Azərbaycan haqqında qətnamədir. Bu qətnamələrdə məzmun Azərbaycanı tənqid məqsədini aşır və bu da öz növbəsində ikitərəfli münasibətlərə zərbə vurur. 30 il müddətində Qarabağda viran qoyulan Azərbaycan mədəni irsinin bərpası üzrə lazım olan məbləğ milyardlarla ölçülür. Avropa İttifaqı və Avropa Parlamenti bu məsələlərə bir dəfə də olsun münasibət bildirməyib. Sözügedən parlamentarilərin Qarabağın Azərbaycan mədəni irsinin dağıdılması faktına biganə qalması isə onların ölkəmizə qarşı siyasi ikiüzlülüyündən xəbər verir. Avropada anti-semitizmin, islamofobiyanın geniş vüsət aldığı bir zamanda Belçika və Avropa Parlamentləri bu yöndə işlər görməlidir, lakin tarix boyu Avropa dəyərləri kimi dünyaya sırınan insan haqları, demokratiya kimi dəyərlərin burada yox olmasını görürük. Azərbaycanda isə ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimad mühitinin hökm sürdüyü ölkə kimi burada məskunlaşan hər bir etnik qrup buranı özünə doğma vətən bilir, sülh və əmin-amanlıq şəraitində yaşayaraq özünəməxsus adət-ənənələrini, dil və mədəniyyətini qoruyub saxlayır. Avropa İttifaqına daxil olan ölkələr Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş beynəlxalq forumda verdiyi mesajlardan nəticə çıxarmalı və öz mövqelərində ədalət prinsipinə üstünlük verməlidir”.

Nardar BAYRAMLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:159
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri