Icma.az
close
up
RU
“Belçika soyqırımı Avropa tarixinin qara səhifəsidir” POLİTOLOQ

“Belçika soyqırımı Avropa tarixinin qara səhifəsidir” POLİTOLOQ

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda keçirilən “Belçika müstəmləkəçiliyi: tanınma və məsuliyyət” adlı beynəlxalq konfrans, tarixi müstəmləkəçilik siyasətlərinin nəticələrinin dəyərləndirilməsi baxımından mühüm platformaya çevrilib.

Tədbirdə Afrika və Asiya xalqlarının azadlıq hərəkatları ilə yanaşı, Azərbaycanın da imperialist güclərə qarşı göstərdiyi tarixi müqavimət və milli azadlıq mübarizəsi diqqət mərkəzində olub. Qeyd olunub ki, Azərbaycan xalqı XX əsrin əvvəllərindən başlayaraq müstəqillik ideyalarını müdafiə etmiş və müstəmləkə idarəçiliyinə qarşı ardıcıl şəkildə siyasi iradə nümayiş etdirmişdir.

Bu baxımdan Azərbaycanın tarixi təcrübəsi post-müstəmləkə diskursunun vacib bir hissəsi kimi qiymətləndirilir.

Bəs bu konfransın Bakı üçün və ümumilikdə region üçün əhəmiyyəti nədən ibarətdir?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan politoloq Turan Rzayev vurğulayıb ki, Avropa müstəmləkəçiliyi tarixin qara ləkələrindən biri hesab olunur:

“Belçika müstəmləkəçiliyinin tanınmaması mövzusuna həsr olunan bu konfrans da əslində çox mühüm əhəmiyyət daşıyır.

Tarixdə, XIX əsrin ikinci yarısından etibarən Avropa ölkələrinin Afrika uğrunda müstəmləkəçilik yarışı başlayır və bu yarışdan kənarda qalan ölkələrdən biri Belçika idi. Lakin Belçika qısa müddət ərzində bu prosesə qoşuldu və Kongo ərazisini – hansı ki Belçikadan 10-20 dəfə daha böyük ərazi idi – müxtəlif yollarla öz müstəmləkəsinə çevirdi. Kongoda geniş almaz və digər qiymətli metal yataqları fəaliyyət göstərirdi və bu resursların çıxarılması prosesində yerli qəbilələrdən amansız şəkildə istifadə olunurdu”.

O, qeyd edib ki, bu müstəmləkəçilik siyasəti çərçivəsində Belçika kralı III Leopoldun adı ön plana çıxır.

“Onun həyata keçirdiyi sərt və qeyri-insani siyasət nəticəsində milyonlarla kongolu həyatını itirib. Çoxlu sayda insan isə qollarını, ayaqlarını itirərək ağır işgəncələrə məruz qalıb. Bu, Belçika müstəmləkəçiliyinin ən dəhşətli səhifələrindən birini təşkil edir.

Günümüzdə belə bu soyqırımın fəsadları Kongoda hiss olunmaqdadır və davam etməkdədir. Ümumiyyətlə, Avropa ölkələrinin müstəmləkə siyasəti, demək olar ki, bir-birinə bənzəyirdi. Hətta ən kiçik müstəmləkə imperiyalarından biri olan Belçika belə böyük bir soyqırıma imza atmışdı. Əlbəttə ki, Fransa və digər Avropa dövlətlərinin də bu prosesdə ciddi mənfi rolu olub,”-deyə politoloq əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:68
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 31 Oktyabr 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see204

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see138

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri