Icma.az
close
up
RU
“Xocalı Soyqırımı Azərbaycan tarixinin ağır səhifəsidir” DEPUTAT DANIŞDI

“Xocalı Soyqırımı Azərbaycan tarixinin ağır səhifəsidir” DEPUTAT DANIŞDI

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“26 Fevral Azərbaycan tarixinin ən ağrılı və unudulmaz səhifələrindən biri olan Xocalı soyqırımının ildönümüdür”.

Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə “1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş kütləvi qırğın insanlığa qarşı ən ağır cinayətlərdən biri kimi tarixə həkk olunmuşdur:

“Ermənistan silahlı qüvvələrinin keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə həyata keçirdiyi hücum nəticəsində yüzlərlə günahsız insan – qadınlar, uşaqlar, ahıllar xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Rəsmi statistikaya əsasən, 613 nəfər öldürülmüş, minlərlə insan yaralanmış, əsir və girov götürülmüş, ailələr tamamilə məhv edilmişdir. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı cinayət bütün insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır bir vəhşilik aktıdır.

Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis tərəfindən “Xocalı soyqırımı günü haqqında” qərarın qəbul olunması ilə bu qanlı faciəyə siyasi-hüquqi qiymət verilmişdir. Hər il 26 fevral saat 17:00-da ölkə ərazisində sükut dəqiqəsinin elan olunması xalqımızın şəhidlərimizin xatirəsinə göstərdiyi dərin ehtiramın ifadəsidir.

Xüsusi olaraq vurğulamaq istərdim ki, Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində dövlətimiz və diaspor təşkilatlarımız tərəfindən ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Bu istiqamətdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyası Xocalı soyqırımının beynəlxalq müstəvidə tanınması, faciəyə hüquqi-siyasi qiymət verilməsi və həqiqətlərin geniş auditoriyaya çatdırılmasında mühüm rol oynayır. Bir çox ölkələrin parlamentləri tərəfindən qəbul olunmuş qətnamələr məhz bu ardıcıl, prinsipial və sistemli fəaliyyətin məntiqi nəticəsidir.

Məhz bu həqiqətlərin dünya miqyasında tanıdılması və ədalət tələbinin beynəlxalq səviyyədə səsləndirilməsi 2020-ci ildə əldə olunan tarixi Zəfərin ideoloji və mənəvi əsasını daha da möhkəmləndirdi. Müzəffər Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə Vətən Müharibəsində qazanılmış Qələbə xalqımızın 30 illik ədalət mübarizəsinin şanlı yekunu oldu. 2023-cü ildə Xocalı şəhərində üçrəngli Azərbaycan Bayrağının ucaldılması isə tarixi ədalətin bərpasının ən parlaq rəmzinə çevrildi.
Bu gün Xocalıda həyat yenidən canlanır, genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, şəhər və kəndlərin məskunlaşması prosesi inamla davam edir. Xocalı bugün dirçəlişin, qayıdışın və qalib Azərbaycanın gücünün simvollarından biridir.

2025-ci ildə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” imzalanmış Sərəncam isə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində atılmış mühüm addımdır. Bu memorial gələcək nəsillərə həqiqətləri çatdıracaq, tariximizin bu qanlı səhifəsini unutmağa qoymayacaq.
Xocalı şəhidlərinin xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Fevral 2026 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see389

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see361

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see306

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see285

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see281

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see274

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see263

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see256

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see255

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see240

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see230

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see228

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see225

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see222

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see220

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see216

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see215

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see211

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see211

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri