Icma.az
close
up
RU
Belə bahalıq əhalinin aztəminatlı təbqələrinin normal bayram süfrəsi açmasını mümkünsüz edir Əli Məsimli

Belə bahalıq əhalinin aztəminatlı təbqələrinin normal bayram süfrəsi açmasını mümkünsüz edir Əli Məsimli

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Qarşıdan xalqımızın ən qədim ən əziz bayramlarından biri olan Novruz bayramı gəlir. Bu bayramı əsrlər boyu xalqımızın dərin köklərə malik milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi və ifadəsi kimi qorunub saxlanıb,nəsildən-nəsilə keçib.  Azərbaycan xalqı Novruz bayramını hər zaman xüsusi ruh yüksəkliyi,ürəklərdə xoş niyyətlərlə qeyd edib.

İndi də bu ənənə davam edir... Amma indi dükan-bazarlarda qiymətlər əhalinin xeyli hssəsinin gəlirləri ilə müqayisədə o qədər yüksəkdir ki, belə bahalıq əhalinin aztəminatlı təbqələrinin normal bayram süfrəsi açmasını mümkünsüz edir. Rəsmi statistikaya görə, Azərbaycanda əhalinin gəlirlərinin yarıya qədəri ərzaq məhsullarının alınmasına xərclənir. Bu, birbaşa həyat səviyyəsinin və xərclər strukturunun göstəricisidir. Əslində, əhalinin xeyli hissəsinin, xüsusən də aztəminatlı təbəqəsinin gəlirlərinin daha çox hissəsi ərzağa sərf olunur. Belə bir şəraitdə bayramqabağı qiymətlərin artması əhalinin xeyli hisssinə əlavə maliyyə yükü yaradır. Bəzən bayramqabağı qiymətlərin artırılması bazar iqtisadiyyatının qanunauyğunluğu kimi göstərilir və hesab edirlər ki, belə də olmalıdır. Bəli, tələb-təklif qanununa görə, tələb təklifi üstələyəndə, qiymətlər artır, təklif tələbdən çox olanda isə qiymətlər aşağı düşür. Bu, iqtsadiyyata aid bütün dərsliklərdən məlum olan sadə bir həqiqətdir. Amma bununla bağlı elə nüanslar da var ki, onları da nəzərə əlmaq faydalı olar. Belə ki, bazar iqtisadiyytının nümunəvi ölkələri daxil olmaqla, bir sıra ölkələrdə bayramqabağı qiymət endirimlərinin edilməsi artıq ənənə halını alıb. Belə ölkələrdə bayramqabağı qiymət endirimləri edən malsatanlar bundan uduzmurlar, əksinə daha çox müştəri qazanıb daha çox mal satır və dövriyyəni genişləndirməklə daha çox qazanırlar. Məsələn, hansısa mal və məhsulun bir vahidini 1 manata satan - dövriyyədən 100 manat qazanırsa, malın qiymtinin 70-80 qəpiyə endirəndə, artan tələb şəraitində 200 vahid satıb 140-160 manat qazana bilirlər. Bunun fonunda qiyməti qaldıranlar isə mallarını əvvəlki qədər sata bilmir və uğuzsuz vəziyyətə düşürlər. Bizdə isə bayramqabağı bayram süfrəsi üçün zəruri olan mal və məhsullara tələbat artdığından, dövriyyədən daha çox qazanmağa yox, qiymətləri artırıb, fürsətdən yararlanmağa üstünlük verilir. Belə şəraitdə əhalinin atəminatlı təbəqəsi normal bayram süfrəsi aça bilmir.

Bununla belə bizdə də bayramqabağı endirimlər də edilir. Onun bir hissəsi həqiqətən real endirmdir və bu sahədə dürüst yol tutanların fəaliyyəti təqdirəlayiqdir. Amma endirimlərin xeyli hissəsi manipulyasiya xarakteri daşıyır. Məsələn, dəyəri heç 20 manat olmayam mala 50 manat qiymət qoyub sonra da ŞOK endirim elan edib, onu 35-40 manata satmaq, endirim yox, alıcıları aldatmaqdır.

Qaldırdığımız bu məsələ, yəni bayramqabağı qiymət artımından yox, dövriyyədən qazanmaq alıcıya da, satıcıya da daha sərfəlidir. Ona görə də bu məsələni daim gündəmdə saxlamaqla bizdə də bayramqabağı həqiqi qiymət endirimlərinin ənənə xarakteri almasına nail olmaq lazımdır ki, bundan həm malsatanlar qazansın, həm də qiymətlər əhalinin aztminatlı təbəqəsi üçün də əlçatan olsun və onların da bayram süfrəsi açması imkanları genişlənsin.

Əli MƏSİMLİ,

millət vəkili

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 Mart 2026 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri