Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Yaşar Nurinin qızı dünyasını dəyişib

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

Dünyanın ən nəhəng abidələri

İctimai nəqliyyatın bütün xərclərinin əhalinin üzərinə qoyulması doğru yol deyil Əli Məsimli

İctimai nəqliyyatın bütün xərclərinin əhalinin üzərinə qoyulması doğru yol deyil Əli Məsimli

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Məlum olduğu kimi, oktyabrın 1-dən metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi bir gediş üzrə 10 qəpik, yəni 20 faiz artırılaraq 50 qəpikdən 60 qəpiyə qaldırılıb. Nağdsız ödəniş vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası və şəhərətrafı avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tariflərinin aşağı həddi də məsafədən asılı olaraq ən azı 60 qəpiyə çatdırılıb. Eyni zamanda, tarif dəyişikliyi Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron arasında və digər şəhər və rayonlarda fəaliyyət göstərən müntəzəm avtobus marşrutlarına da şamil olunub. Bu dəyişiklik yalnız nağdsız ödəniş vasitəsilə həyata keçirilən, elektrik, avtobuslarda yanacaq kimi istifadə edilən sıxılmış qaz və ya 1 yanvar 2025-ci ildən sonra istehsal edilən dizel yanacağı ilə işləyən avtobuslara aid edilir. Qiymətləndirmələrə görə, bu dəyişiklik ilkin mərhələdə Bakı şəhərinin marşrut şəbəkəsinin təxminən 30 faizini, ölkə üzrə isə 9 faizini əhatə edir. Sözügedən tələblərə cavab verməyən marşrutlarda isə qiymət dəyişikliyi tətbiq olunmayacaq".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Əli Məsimli sərnişindaşıma xidmətində qiymətlərin artmasından danışarkən bildirdi.

"İctimai nəqliyyatda baş verən bu qiymət artımını yalnız gediş haqqının 10 qəpik artırılması kimi dəyərləndirmək məsələyə bəsit və birtərəfli yanaşma olardı. Bu, sadəcə 10 qəpiklik artım məsələsi deyil. Əsas məsələ ondadır ki, həmin 10 qəpiklik artımlar bir yerə toplanaraq ayın sonunda əksər ailələrin büdcəsinə xeyli təsir edir. İctimai nəqliyyat xərcləri əhali üçün yükə çevrilməməli, sosial baxımdan əlçatan olmalıdır. Bu amil yetərincə nəzərə alınmadan, ictimai nəqliyyatda tarifləri artırmaqla əhalinin hesabına ictimai nəqliyyatın rentabelliyinin təmin edilməsi və belə şəraitdə dövlətin ictimai nəqliyyata subsidiyasının tədricən azaldılması nəzərdə tutulur. Bunu optimal yol hesab etmək olmaz. Nəqliyyatda qiymətlər artırılanda, hər dəfə bir nəfərin daşınmasına çəkilən xərclərin bir nəfərin ödədiyi gediş haqqından yüksək olması və digər bu kimi səbəblər gətirilir, qiymətlər artdıqdan sonra isə keyfiyyətin və digər göstəricilərin yaxşılaşacağı barədə vədlər verilir. Amma vətəndaş hər dəfə qiymət artımından sonra yalnız nəqliyyata əlavə xərclər etməklə ailə büdcəsinə dəyən ziyanı hiss edir, keyfiyyət və səmərəlilik baxımından isə nəticə demək olar ki, əvvəlki səviyyədə qalır və verilən vədlər də yerinə yetirilmir. Bunu əsaslandırmaq üçün sadəcə onu xatırlatmaq yetərlidir ki, 2017-ci ildən bu yana metro və avtobusda daşınma qiymətləri 3 dəfə artıb".

Deputat əlavə etdi ki, son illərdə ictimai nəqliyyatda qiymət artımı əvvəlki illərlə müqayisədə xeyli sürətlənib:

"2023–2025-ci illərdə metroda gediş haqqının orta illik artımı 12,5 faiz təşkil edib ki, bu temp əvvəlki dövrdə müşahidə olunan 6,7 faizlik artımdan 2 dəfə yüksəkdir və ölkə üzrə həmin 3 ilin rəsmi orta illik qiymət artımından da yüksək göstəricidir. Bəs keyfiyyət nə qədər artıb? İctimai nəqliyyatda qiymət artımı bu sahədə fəaliyyət göstərən dövlət və özəl şirkətlərin gəlirlərini artırsa da, keyfiyyət baxımından elə bir müsbət dəyişiklik müşahidə olunmur. Hər gün Bakıda avtobusla 1 milyon nəfərdən, metro ilə isə 600 min nəfərdən çox sərnişin daşınır. Bu göstəriciləri ayın günləri və ilin ayları üzrə hesablasaq, qiymət artımı böyük məbləğdə gəlir deməkdir. Bu baxımdan sərnişindaşımadakı yeni qiymət artımı yeni avtobus və metro vaqonlarının alınması üçün müəyyən imkanlar yarada bilər, amma böyük ehtimalla xidmətin keyfiyyətinə elə bir müsbət təsiri olmayacaq.

Rəsmi statistikaya görə, ötən il hər nəfərə düşən nominal aylıq gəlir 679 manat olub. Bu əsasda ev təsərrüfatlarında nəqliyyat xidmətlərinə xərclər 7 faizin altında göstərilir. Ölkə üzrə orta aylıq əməkhaqqı 1100 manat civarında göstərilsə də, bu rəqəm əhalinin böyük bir hissəsinin real gəlir səviyyəsini əks etdirmir. Reallıq budur ki, ölkədə minimum əməkhaqqı 400 manatdır və xüsusən də regionlarda yaşayan xeyli insan bu məbləğə yaxın və ya bir qədər artıq maaş alır. Median əməkhaqqı, yəni muzdla işləyənlərin yarıdan çoxunun maaşı isə 600 manat civarındadır. Belə olduqda, ailənin iki nəfərinin işlədiyi, uşaqların məktəbli və ya tələbə olduğu və aylıq ümumi gəliri 1000-1200 manat olan dörd nəfərlik ailələrdə nəqliyyat xərcləri 200 manat və ya 17-20 faiz civarında olur. İşə gedərkən və qayıdarkən 2-3 marşrut dəyişən vətəndaşların xərcləri isə daha da artır. Xüsusilə də rəsmi statistikada göstərilən 2,4 milyon nəfərdən çox insanın yaşadığı Bakıda, eləcə də ətraf ərazilərdə yaşayıb Bakıya işləməyə gələn vətəndaşlar üçün nəqliyyat xərcləri ailə büdcəsində əhəmiyyətli yer tutur. Bu dəfəki artım da həmin vətəndaşlar üçün əlavə olaraq ayda azı 30–50 manat arasında əlavə yük yaradacaq".

Millət vəkilinin sözlərinə görə, ümumi baxdıqda isə metro və avtobuslardan istifadə edən vətəndaşların ailə büdcəsindən nəqliyyata ayrılan vəsait 230–250 manata, orta hesabla 240 manata qədər yüksələcək ki, bu da 20 faizdən çoxdur və beynəlxalq praktikada məqbul sayılan səviyyədən çox yüksəkdir. Əli Məsimli qeyd etdi ki, bu məbləğ, eyni zamanda, bir çox ailənin çörək və kommunal xərclərindən də yüksəkdir:

"Qeyd etmək lazımdır ki, ictimai nəqliyyatda sərnişin daşınmasında qiymət artımının dolayısı ilə digər sahələrdə də qiymət artımına təsiri olacaq. İctimai nəqliyyat metro və avtobuslar əhalinin kütləvi şəkildə istifadə etdiyi əsas nəqliyyat vasitələridir. Ona görə də yeni qiymət artımından demək olar ki, bütün təbəqələr təsirlənəcək. Nəqliyyat işə və digər vacib ünvanlara getmək üçün vazkeçilməz amildir və bu sahədə qənaət etmək mümkün deyil. Buna görə də ictimai nəqliyyatda qiymətlərin 20 faiz artırılması xüsusilə aztəminatlı insanlara ciddi təsir göstərəcək. Onsuz da sosial durumu ağır olan ailələrin vəziyyəti bir qədər də ağırlaşacaq. Bu səbəbdən əhali ictimai nəqliyyatda baş verən qiymət artımından narazıdır. Nəzərə alsaq ki, bu artım sonuncu deyil və davamlı olacaq, ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə kompleks tədbirlərin görülməsi zəruridir".

Deputat  ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə kompleks tədbirlərin görülməsini təklif edir: 

"Qiymət artımının obyektiv əsasları, aydın məqsədləri və balanslaşdırılmış nəticələri olmalıdır – həm sərnişin daşıyıcıları, həm də sərnişinlər üçün. İctimai nəqliyyatda qiymət artımının obyektiv əsasları olmadığından, əvvəlki əsaslandırmalar kimi, bu dəfəki əsaslandırmalar da zəifdir. Məsələn, verilən məlumatlara görə, metro təsərrüfatının xərcləri gəlirlərdən yüksəkdir və buna görə də hər il dövlət büdcəsindən subsidiyalar ayrılır. 2024-cü il üçün “Bakı Metropoliteni” QSC-yə 50 milyon manat, 2025-ci il üçün isə 27,7 milyon manat subsidiya nəzərdə tutulub. Bu, 2024-cü illə müqayisədə 22,3 milyon manat və ya 45 faiz azalma deməkdir. Metropolitenə ayrılan subsidiyalar ümumi büdcə xərclərinin çox cüzi hissəsini təşkil edir. Sərnişindaşımaya subsidiya ayrılması dünya üzrə geniş yayılmış təcrübədir. İnkişaf etmiş ölkələrdə belə şəhərlərin nəqliyyat sistemləri öz gəlirləri ilə yanaşı büdcə vəsaitləri ilə də dəstəklənir. İctimai nəqliyyatın bütün xərclərinin əhalinin üzərinə qoyulması doğru yol deyil. Həmçinin, gediş haqqının maya dəyərindən aşağı olması iddia olunsa da, bu hesablamaların nə qədər obyektiv olması sual altındadır. Çünki bəzi dövlət qurumlarında şəffaflıq yetərli deyil, bu isə lüzumsuz xərclərə və maliyyə itkilərinə yol açır. Hesablama Palatasının araşdırmalarına əsasən, bu məsələlərin optimallaşdırılması ilə subsidiyaların azaldılması mümkündür. İctimai nəqliyyat problemləri yalnız qiymət artımı ilə həll edilə bilməz. Əsaslı islahatlar, idarəetmənin təkmilləşdirilməsi, xidmət keyfiyyətinin artırılması və səmərəliliyin yüksəldilməsi vacibdir. Bələdiyyələrin rolu gücləndirilməli, nəqliyyat sahəsində onların iştirakı artırılmalıdır. Əhalinin həssas təbəqələri üçün güzəştli tariflər tətbiq edilməlidir – tələbələr, pensiyaçılar, əlillər və digər həssas qruplar üçün. Yaxud artan nəqliyyat xərcləri maaş, pensiya və təqaüdlərin artırılması ilə kompensasiya edilməlidir. Bir neçə nəqliyyat növünü əhatə edən vahid kart sistemi tətbiq olunmalıdır – bu sistem vətəndaşlara rahatlıq gətirər, xərcləri azaldar. Aylıq və daha uzunmüddətli abunə paketləri yaradılmalıdır – bu, gündəlik xərclərlə müqayisədə aylıq nəqliyyat xərclərinin azalmasına şərait yaradar", - deyə Əli Məsimli yekunlaşdırdı. 

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 02 Oktyabr 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17017

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1026

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see227

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see159

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see147

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see147

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see144

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see143

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see138

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see134

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see133

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see132

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see132

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see129

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see128

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri