Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Samiq Sadıxov vəzifəsindən azad edildi

“Belə bir adamı həbsdə saxlayıb, özünə və ailəsinə əlavə məhrumiyyətlər yaşatmağa nə ehtiyac var?”

“Belə bir adamı həbsdə saxlayıb, özünə və ailəsinə əlavə məhrumiyyətlər yaşatmağa nə ehtiyac var?”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prokurorluq iki azyaşlı uşaq atası Teymur Miralayevin həbsini tələb edir. Bunun üçün də Ali Məhkəməyə kassasiya protesti verilib. Kassasiya protestinə aprelin 11-də Ali Məhkəmədə baxılacaq.

Bizimyol.info xəbər verir ki, Teymur Miralayev 1 qram marixuana qaçaqmalçılığında ittiham olunur. Astara Rayon Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 206.2 (narkotik vasitələr, psixotrop maddələrin və s. gömrük nəzarətindən kənar, gizli yolla keçirilməsi) maddəsilə təqsirli bilinib, 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Teymur Miralayevin vəkili hökmdən apellyasiya şikayəti verib.

Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Apellyasiya instansiyası da onu eyni əməldə təqsirli hesab edib. Lakin ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsini tətbiq edib. Nəticədə Teymur Miralayevin cəzası 6000 manat cərimə ilə əvəzlənib. Onun həbsdə qaldığı müddət nəzərə alınıb və qəti olaraq, üzərində 4000 manat cərimə cəzası saxlanılıb.

Buna etiraz edən prokuror Ali Məhkəməyə kassasiya protesti verib. Prokuror Teymur Miralayevin həbsində israrlıdır. İddia edir ki, ona münasibətdə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmamalı, güzəşt edilib, cərimə cəzası verilməməliydi. Bu səbəbdən də Şirvan Apellyasiya Məhkəməsinin qərarının ləğvini, işin yenidən apellyasiya məhkəməsinə qaytarılıb baxılmasını istəyir.

Teymur Miralayevin vəkili Vüqar Kazımov isə prokurorluğun mövqeyini əsassız sayır. Vəkil Bizimyol.info xəbər portalına bildirib ki, Şirvan Apellyasiya Məhkəməsi müvəkkilinə münasibətdə CM-in 62-ci maddəsin tətbiq edərkən onun himayəsində 2 azyaşlı övladının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə almışdır. Çünki Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərinə görə, digər amillərlə yanaşı, təyin edilmiş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri də nəzərə alınmalıdır: “Teymur Miralayevin himayəsində iki azyaşlı övladlarından başqa uzun illər pedoqoji fəaliyyətlə məşğul olmuş, səhhətində ciddi problemləri olan anası var. Anası Afaq Miralayeva 2024-cü ilin avqust və 2025-ci ilin fevral ayında Elmi-Təhqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunub, hərəkət qabiliyyətini qismən itirib”.

Vəkil qeyd edib ki, ailənin maddi durumu çox ağırdır. Teymur Miralayevin yenidən dəmir barmaqlıqlar arxasına göndərilməsi onun özü ilə yanaşı, ailə üzvlərini, o cümlədən azyaşlı uşaqları və xəstə anasını da məhrumiyyətlərə düçar edə bilər. Müdafiəçi xatırladıb ki, ailənin böyük məbləğdə kredit borcu var, yaşadıqları ev bankda girovdur. Banka kredit borcunu da evin yeganə gəlir gətirəni olan Teymur Miralayev işləyib ödəyir. Əgər o, həbs olunsa, ailə evsiz qala bilər: “17 yanvar 2023-cü ildə Teymur Miralayev anası Afaq Miralayevaya məxsus, hazırda ailənin yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Ə.İsgəndərov küçəsi, ev 5A, mənzil 17 ünvanda yerləşən mənzili ipotekaya qoyaraq, təxminən 60 000 manat kredit götürüb, “Mercedes-Benz” markalı yük avtomobili alıb. Həbs olunana qədər, o, müntəzəm olaraq kredit borcunu ödəyib. Lakin həbs olunduqdan sonra kredit borcunu ödəyə bilmədiyinə görə 23 yanvar 2025-ci il tarixdə bankla 24 min 450 manat qalıq borcu ilə bağlı müqaviləni təzələməyə məcbur olub. Prokuror protestdə göstərir ki, Teymur Miralayevin islah olunub-olunmadığı məlum deyil. Bu şəxs azadlığa buraxılandan sonra 4 dəfə ölkədən xarici ölkəyə gedib-gəlib, maşınla yük daşıyır, ailəsini saxlayır, təyin olunan cəriməni ödəyib. Bunları təsdiqləyən sənədləri də məhkəməyə təqdim etmişik. Belə bir adamı həbsdə saxlayıb, özünə və ailəsinə əlavə məhrumiyyətlər yaşatmağa nə ehtiyac var? İnsan səhv edib, iki aydan artıq həbsdə olub, cəzasını da çəkib, cəriməsini də ödəyib. Cəza ədalətli, həm də qəbuledilən olmalıdır. Bunu Avropa Məhkəməsi də öz qərarında yazır. Cəzanın məqsədi kiməsə əzab vermək, məhrumiyyətlər yaşatmaq olmamalıdır”.

Vəkil Vüqar Kazımov onu da bildirib ki, Azərbaycanda təsdiq edilmiş siyahıya uyğun olaraq, qurudulmuş marixuananın çəkisi 5 qram olduqda xeyli miqdar hesab olunur və Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq, narkotik vasitələr, psixotrop maddələr əldə etmə, daşıma, saxlama) maddəsinin tərkibi yaranır. Vəkilinin sözlərinə görə, müvəkklindən tapılan marixuananın miqdarı isə bundan 5 dəfə az olub: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin mümkünlüyü, əməlinin tövsifi və cəzanın yüngüllüyü və yaxud sərtliyi birbaşa aşkar edilmiş narkotik vasitənin çəkisi ilə müəyyənləşir. Bu hal məhkəmə təcrübəsində birmənalı olaraq qəbul edilib”.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:88
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Aprel 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see292

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see251

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see240

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see229

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see226

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see199

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see196

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see178

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see169

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see159

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see148

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see146

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see146

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see144

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see124

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see124

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see124

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see123

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see123

Samiq Sadıxov vəzifəsindən azad edildi

01 Dekabr 2025 14:54see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri