Belə hallarda əlavə xərclər yaranır Rəy
Icma.az, 525.az portalına istinadən məlumat verir.
«Statistikasına baxanda görürük ki, kreditlərin artımında istehlak kreditlərinin payı daha çox yüksəlir. 'Bu, əsasən, kart kreditlərinin və vətəndaşların istehlak məqsədilə götürdüyü digər kreditlərin artması ilə bağlıdır. Burada iki əsas məqam var. Birincisi, inflyasiya nəticəsində qiymət səviyyəsinin artmasıdır. İkincisi isə əhalinin istehlak kreditlərindən istifadəsinin genişlənməsidir. Hazırda onlayn və rəqəmsal kreditlər kimi imkanlar da mövcuddur. Mərkəzi Bank bu prosesləri izləyir və zaman-zaman müəyyən məhdudiyyətlər tətbiq edir”.
İqtisadçı ekspert Xalid Kərimli bunu 525.az-a bildirib. Ekspert qeyd edib ki, ötən il kredit kartları üzrə rəsmi gəlirin beş misli həcmində məhdudiyyət tətbiq edildi. Əvvəllər belə bir məhdudiyyət yox idi. Daha sonra istehlak kreditləri üzrə aylıq ödənişlərin gəlirə nisbətinə dair 45 faizlik məhdudiyyət müəyyənləşdirildi. Yəni, aylıq kredit ödənişləri gəlirin 45 faizindən çox olmamalıdır:
"Əgər aylıq gəliriniz 1000 manatdırsa, kredit üzrə aylıq ödənişiniz maksimum 450 manat ola bilər. Bundan başqa, yaxın vaxtlarda zaminliklə bağlı da məhdudiyyət tətbiq olundu. Zaminin borc yükünün gəlirinə nisbəti 70 faizə çatırsa, bu göstəricidən yuxarı öhdəlik götürməsinə icazə verilmir. Bütün bunlar Mərkəzi Bankın nəzarəti altında riskləri idarə etmək məqsədilə həyata keçirilir. Borc yükü artdıqda insanlar qazandıqları pulun daha böyük hissəsini banka ödəyirlər. Nəticədə gündəlik xərclər üçün daha az vəsait qalır. Bundan əlavə, gözlənilməz hallar zamanı — toy, yas və ya xəstəlik kimi vəziyyətlərdə — ailənin maliyyə dayanıqlığı zəifləyir. Çünki belə hallarda əlavə xərclər yaranır və borc öhdəlikləri ailənin vəziyyətini daha da çətinləşdirə bilər”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 26 Oktyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















