Icma.az
close
up
RU
Belə davam edərsə, yerli məhsulların tamamilə bazardan çıxacağını görə bilərik İqtisadçı

Belə davam edərsə, yerli məhsulların tamamilə bazardan çıxacağını görə bilərik İqtisadçı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda yerli süd məhsullarının qiymətlərinin yüksək olması, əvəzində isə Belarusdan idxal olunan süd məhsullarının daha ucuz satılması uzun müddətdir ki, cəmiyyət arasında müzakirə mövzudur.

Bəs niyə öz ölkəmizdə istehsal olunan məhsul daha baha başa gəlir, amma başqa ölkədən gətirilən süd məhsulları Azərbaycanda daha ucuz satılır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov bildirdi ki, ümumiyyətlə, yerli qida məhsulları, ərzaq məhsulları və kənd təsərrüfatı məhsullarının istehsalı baha başa gəlir:

"Yəni onların maya dəyəri yüksəkdir. Bundan əlavə, istehsalda istifadə olunan bir sıra komponentlər də kənardan gətirilir. Yəni Azərbaycanda emal olunmuş, istehsal edilmiş elə bir qida və ya ərzaq məhsulu yoxdur ki, tamamilə yerli komponentlərin hesabına ərsəyə gəlsin. Orada mütləq hansısa idxal məhsulunun iştirakı var. Bizdə ümumiyyətlə istehsalın maya dəyəri yüksək xarakter daşıyır və daxili istehlak bazarının idxal məhsullarından asılı olmasının bir səbəbi də məhz bununla əlaqəlidir. Yəni yerli məhsulların maya dəyəri yüksək olduğundan daxili tələbatı ödəmək üçün yetərincə istehsal təşkil etmək mümkün deyil".

Onun sözlərinə görə, yerli süd məhsullarının baha olmasına gəlincə, bunun üçün heyvandarlıq sahəsindəki mövcud vəziyyətə baxmaq kifayətdir:

"Hal-hazırda artıq neçə illərdir ki, sözügedən sahədə böyük bir böhran hökm sürür. Heyvandarlıq sahəsində heyvan sayının azalması, yemin baha başa gəlməsi və s. bu sahədən əldə olunan bütün növ məhsulların qiymətlərinin yüksəlməsinə gətirib çıxarıb və belə davam edərsə, ümumiyyətlə, yerli məhsulların idxal məhsulları ilə rəqabətdə kənara sıxışdırılacağını və tamamilə bazardan çıxa biləcəyini görə bilərik".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:53
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Noyabr 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see239

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see238

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see202

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see174

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see161

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see152

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see145

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see144

Lüksemburqda Azərbaycan stendi 15 illik davamlı iştirakı ilə yenidən diqqət mərkəzində olub

24 Noyabr 2025 16:50see142

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see141

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see140

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see134

“Azəriqaz” rəhbərliyi müharibə veteranını saymır

25 Noyabr 2025 12:36see132

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see131

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see129

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see128

Meyitdən alınan orqan neçə saat yararlıdır?

24 Noyabr 2025 17:10see127

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see121

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see120

Sahibkar obyekti qanunsuz şəkildə genişləndirib dövlətdən gizlətməyə çalışdı; vətəndaşlar İFŞA ETDİ FOTO

24 Noyabr 2025 20:56see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri