Icma.az
close
up
RU
Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq İqtisadçı

Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq İqtisadçı

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ona görə də bu vəziyyətdə Azərbaycanın Rusiya bazarlarını doldurması indiki halda mümkün deyil

Rusiya KİV-i belə məlumat yayıb ki, Ermənistan konyakını yaxın zamanda Azərbaycan, Gürcüstan və Özbəkistan içkiləri əvəz edəcək. Rusiya Ermənistanın ixrac etdiyi süd məhsullarına da tərkibindı bakteriya tapılması səbəbiylə qadağa qoyub.  

İqtisadçı Rauf Qarayev “Sherg.az”a açıqlamasında bildirdi ki, bunlar əsassız məlumatlardır: 

- Azərbaycan, Gürcüstanın Rusiya bazarlarında üstün mövqeyi o zaman mümkün olar ki Emənistandan ümumiyyətlə heç nə idxal edilməsin. Amma bu gün reallıq ondan ibarətdir ki Rusiyada bəlkə də ən sıx bazar, ticarət əlaqələrinin sıxlığı baxımından birinci yerdə Belorusiyadırsa, ikincisi Ermənistandır. Ermənistanda, məsələn, elə məhsullar var ki özlərində keyfiyyətli istehsal olunur, hətta daxili tələbatı ödəyir, bununla belə Rusiyadan da eyni tipdə həddindən artıq məhsullar idxal edirlər. Belə bir reallıq olduğu halda, konyak söhbətləri sadəcə siyasi gərginlik zamanı ortaya atılır. Rusiya bu cür iqtisadi manipulyasiyaları digər ölkələrə qarşı da edir. Müəyyən vaxtlarda Azərbaycan və ya Türkiyədən ixrac olunan kənd təsərrüfatı məhsullarını qəbul etməkdən müxtəlif bəhanələrlə imtina edirlər. Azərbaycandan, Türkiyədən göndərilən pomidor partiyaları dəfələrlə geri qaytarılıb. 

İqtisadçı hesab edir ki, ola bilər Azərbaycan, Gürcüstan, Özbəkistan məhsullarına geniş yer veriləcək, amma bunun müqabilində Ermənistan məhsullarının bazardan çıxarılacağını düşünmək absurd olar: 

- Çünki Rusiya ilə Ermənistan təkcə hərbi-siyasi ittifaqda birləşməyib, hər iki ölkənin iqtisadi təşkilatları da bir-birilə sıx əlaqədədirlər. Rusiya Ermənistanı bazardan uzaqlaşdırmayacaq. Ermənistan özü Rusiyadan uzaqlaşa bilər, lakin bu, o vaxt mümkün olar ki ya Rusiya dağılsın, ya da o qədər zəifləsin ki Ermənistan ondan qurtula bilsin. Azərbaycanın Rusiya bazarına konyak çıxarmasına gəlincə, bizdə konyak istehsalı müəyyən qədərdir. Azərbaycan onsuz da öz məhsullarını xarici bazara çıxarır. Azərbaycan çaxır istehsalında daha da irəlidədir, nəinki konyak istehsalında. Ona görə də bu vəziyyətdə Azərbaycanın Rusiya bazarlarını doldurması indiki halda mümkün deyil. Çünki Azərbaycan məhsullarını xarici bazarlara çıxarır, amma məhsul o qədər geniş həcmdə deyil ki, Rusiya bazalarını doldura bilsin. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Avqust 2026 12:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri