Icma.az
close
up
RU
Belə hallarda heyvan sahibləri məsuliyyətə cəlb olunur

Belə hallarda heyvan sahibləri məsuliyyətə cəlb olunur

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

"Əgər sürücü yolda heyvan vurursa, onun məsuliyyəti yaranır. Ümumiyyətlə, bir var saxlanılan, yəni sahibi olan mal-qara, bir də var, sahibi olmayan. Bu sahibi olan mal-qaranın yola çıxması, yol dairəsində olmasına görə sahibi məsuliyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında Vəkillər Kollegiyasının üzvü Paşa Səfərov deyib.

O bildirib ki, avtomobil yollarında qəzaların bir hissəsi yola çıxan heyvanlara görə baş verir: "Belə hallarda heyvan sahibləri məsuliyyətə cəlb olunur. Sahibi heyvanı nəzarətsiz qoymamalıdır. Nəzarətsiz qoyması ilə bağlı mal-qara sahibinin İnzibati Xətalar Məcəlləsi ilə məsuliyyəti var. Düzdür, heyvan yol nişanları olan heyvan keçidləri ilə bağlı sürücünün ehtiyatsızlığı üzündən heyvanın vurulması onun həm mülki məsuliyyətini yaradır. Bununla da heyvan sahibi ona vurulmuş ziyanı mülki qaydada istəyə bilər. Amma sahibsiz heyvanlarla bağlı demək olar ki, heyvan nə qədər sahibsiz olsa da, o heyvanların dövlət tərəfindən təminatı var. Vəhşi təbiətin qorunması ilə bağlı dövlətin təminatı var. Dövlət tərəfindən o heyvanlar qorunur. Müvafiq olaraq onlara nəzarət edən dövlətin qurumu sürücüdən onu tələb edə bilər.

"Yol hərəkəti haqqında” qanunun 39-cu maddəsində qeyd olunub ki, sahibləri mal-qaranı asfalt və sement-beton örtüklü yollarla, sutkanın qaranlıq vaxtında və məhdudiyyətli görünmə şəraitində, dəmir yollarından, yolların, küçələrin, meydanların və bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən, habelə yolun hərəkət hissəsindən ötürməməlidirlər. İnzibati Xətalar Məcəlləsinə əsasən bu sahədə qanunvericiliyin pozulmasına görə 40 manat cərimə cəzası nəzərdə tutulub. Mal-qaranın ötürülməsi üçün yalnız xüsusi yerlər var.

Həmin yerlər müvafiq yol nişanları ilə təchiz olunur. Həmin ərazilərdə sahibləri mal-qara sürüsünü son dərəcə diqqətli, nəzarət edərək ötürməlidir. Əks halda, onların bu hərəkətləri hər hansı bir yol nəqliyyat hadisəsinin baş verməsinə səbəb olarsa, mal-qara sahibləri də məsuliyyət daşıyırlar. Həmin əməllər nəticəsində hər hansı bir hərəkət iştirakçısı ağır xəsarət alıbsa və ya ölümlə nəticələnirsə, təbii ki, belə hallarda həmin şəxslər inzibati yox, cinayət məsuliyyəti daşıyırlar. Qeyd edirəm ki, əgər nəzarətsiz qalan ev heyvanlarının avtomobil yoluna çıxması nətiəcəsində yol-nəqliyyat hadisəsi baş verirsə həmin heyvanların sahibi məsuliyyətə cəlb olunur. Yol-nəqliyyat hadisəsi nəticəsində piyada ölümü və ya hər hansı yol hərəkəti iştirakçısının ölümü və ağır xəsarət alması halları olarsa belə halda həm maşını idarə edən şəxs, həm heyvan sahibi məsuliyyətə cəlb oluna bilər".

Onun sözlərinə görə, əgər maşını idarə edən şəxsin ev heyvanının yola çıxması səbəbindən dolayı yol-nəqliyyat hadisəsi törətməsi və onun həqiqətən hadisənin qarşısını almağa texniki imkanlarının olmaması halı müəyyən olunarsa-maşını idarə edən şəxs barəsində başlanılmış cinayət işinin icraatına xitam verilə, habelə iş məhkəməyə göndərilmişdirsə hətta barəsində bəraət hökmü də çıxarıla bilər: "Mal-qaranın yola çıxması nəticəsində yol-nəqliyyat hadisəsi baş verirsə, hüquq-mühafizə orqanları tərəfindən mal-qara sahibinin müəyyən edilməsi ilə bağlı tədbirlərə başlanılır. Əgər yol nəqliyyat hadisəsi ev heyvanları tərəfindən deyil, küçə heyvanlarının yola çıxması nəticəsində baş verirsə burada təqsirin yol hərəkəti iştirakçısının hansında olması aydınlaşdırılmalıdır. Əgər müəyyən edilərsə ki, yol hərəkəti iştirakçısının baş vermiş hadisənin qarşısını almağa texniki imkanı yoxdur, bu halda o məsuliyyətdən azad edilə bilər. Hesab edirəm ki, bu məsələlər üzrə dəqiq araşdırma aparılmalı, təqsirin mal-qara sahibində yoxsa yol hərəkəti iştirakçılarında olması məsələsi dəqiq müəyyən edilməli, daha sonra bu barədə adekvat tədbirlər görülməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Dekabr 2024 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri