Icma.az
close
up
RU
Hansı hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır? ŞƏRH

Hansı hallarda sürücü məsuliyyətə cəlb olunmamalıdır? ŞƏRH

Icma.az, Avtosfer saytına istinadən bildirir.

"Piyada əlini-qolunu sallayıb istədiyi yerdən yolu keçməsə, yol qəzalarının sayı da əhəmiyyətli dərəcədə azalar".
Nəqliyyat eksperti Elməddin Muradlı vurğulayıb ki, piyada vurma halları Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biridir və bu məsələ cəmiyyət arasında ciddi narazılıq doğurur. Onun sözlərinə görə, insanların narazılığı tam ədalətlidir. Əgər qəza piyadanın məsuliyyətsizliyi səbəbindən baş verirsə, sürücünün məsuliyyətə cəlb olunması düzgün deyil.
Ekspert diqqətə çatdırıb ki, bir çox ölkələrdə sürücü və piyada arasındakı məsuliyyət 50-50 və ya 60-40 nisbətində bölünür. Azərbaycanda isə vəziyyət tam fərqlidir:
“Bizdə təxminən 90 faiz hallarda 10 qəzanın 9-da sürücü günahkar hesab olunur. Bu, bizi ciddi narahat edir. Ümid edirəm ki, istintaq orqanları yayılan görüntüləri əsas götürərək daha obyektiv qərarlar qəbul edəcəklər”.
Mütəxəssis həmçinin bildirib ki, qəzaların əksəriyyəti məhz piyada keçidlərinin yaxınlığında baş verir:
"İnsanlar 10-20 metr kənardan keçməyə razıdırlar. Çox vaxt nə yeraltı, nə də yerüstü keçidlərdən istifadə edirlər. Səbəb olaraq isə "ayağım ağrıyır", "özümü pis hiss edirəm" kimi müxtəlif bəhanələr gətirirlər. Təəssüf ki, telefondan ayrılmır, qulaqlıqdan istifadə edir, yaxınlaşan təhlükəni hiss etmirlər. Hətta piyada keçidinin özündən belə qaçaraq istifadə edirlər ki, bu da qanunla qadağandır".
E.Muradlı onu da əlavə edib ki, qanuna görə, yüksək sürətli yollarda, məsələn, 100 km/saat və daha artıq sürət həddində piyada vurulursa və sağ qalırsa, sürücü məsuliyyət daşımır. Amma əslində, belə sürətlə vurulan piyadanın sağ qalma ehtimalı çox azdır. Onun fikrincə, bu, qanunda ziddiyyət və narahatlıq doğurur.
"Piyadanın günahı sübuta yetirilən hallarda məsuliyyətə cəlb olunması vacibdir. Piyada qaydanı pozaraq qəza törədirsə, o, məsuliyyət daşımalı, avtomobilə dəymiş zərəri ödəməlidir. Bu məsələnin ictimailəşdirilməsi vacibdir ki, insanlar qanun qarşısında bərabər olduqlarını görsünlər", - deyə ekspert fikrini yekunlaşdırıb.
Qeyd edək ki, son vaxtlar Daxili İşlər Nazirliyi tərəfindən piyadaların vurulması hallarının videosu yayılır. Görünən odur ki, bu cür qəzaların sayı da artıb. Ancaq burada vacib bir məqam odur ki, sürücü günahsız belə olsa, məsuliyyətə cəlb olunur. Belə ki, əksər insanlar yolu piyada zolağından yox, kənardan keçir. Belə və başqa bir sıra hallarda sürücünün günahı yoxdursa, ölüm halı belə olsa məsuliyyətə cəlb olunmamasını istəyir.(today.presstv)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 03 Sentyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri