Icma.az
close
up
RU
Belə himn ifası yenilik idi və gözəl alınmışdı Kamil Şahverdi

Belə himn ifası yenilik idi və gözəl alınmışdı Kamil Şahverdi

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Alim Qasımov və Fərqanə xanım himnimizi layiqli şəkildə ifa etdilər


“Formula 1”  Azərbaycan Qran-Prisinin açılış mərasimində dövlət himni ənənəvi qaydada deyil, fərqli şəkildə ifa olunub. Xalq artisti Alim Qasımov, qızı Fərqanə Qasımovayla birlikdə səhnəyə çıxaraq dövlət himnimizi ifa ediblər. Həmişəki kimi ifanı bəyənənlər çoxdur, bəyənməyənlər də var. Bəyənməmək nə Alim Qasımovun, nə də Fərqanə xanımın sənəti ilə bağlı deyil. Alim Qasımov Azərbaycanın 1 nömrəli səsidir. 

“Səs nömrə 1“in Formula 1-də səhnəyə çıxmasının bəyənilməyəcək tərəfi də yoxdur.  Sadəcə, dövlət himnimiz adətən orkestr və xorun ifasında səsləndiyindən, şüurumuzda məhz bu formada qaldığından 2 nəfərin ifası qeyri-kafi görünə bilər. Amma Alim alimliyini, Fərqanə xanım da əsl varisliyini bu dəfə də sübut etdi. İfa gözəl idi. Fəqət, orkestr və xorun ifasındakı kimi möhtəşəm deyildi.          

Alim Qasımov özü isə bu barədə Teleqraf-a açıqlamasında danışıb. "Qızım Fərqanə xanımla birlikdə Formula 1-də Azərbaycanın Dövlət Himnini duet şəklində ifa etmək bizə qismət oldu. Çox qürurluyuq. Bu ifa bizim üçün çox böyük bir fərəh və fəxr anı idi. Duetin ideyası Fərqanə Qasımovaya məxsusdur. O, bu layihə üzərində öncədən düşünərək hazırlıqlara başlamışdı və son nəticədə mənimlə duet şəkilində ifa etməyi təklif etdi. Məmnuniyyətlə qəbul etdim.Əslində, himnimizin bu oranjemanı çoxdan yazılıb. Amma bu cür əhəmiyyətli beynəlxalq tədbirdə himn ifa etməyimiz ilk idi",-deyə Xalq artisti əlavə edib. Alim Qasımov qeyd edib ki, Formula 1 Azərbaycan Qran-Prisində çıxış etmək təklifi təşkilatçılardan gəlib: "Biz də bu önəmli çıxış üçün iki gün gərgin məşq etdik. Səhnəyə çıxarkən məsuliyyətin ağırlığını və bu ifanın nə qədər simvolik olduğunu dərindən hiss edirdik. Canlı ifa zamanı xüsusilə xarici tamaşaçıların reaksiyası bizi çox duyğulandırdı. Onlar himnimizi dinləyərkən çox təsirləndiklərini bildirdilər, bəziləri "tüklərimiz biz-biz oldu" deyə ifadə etdilər. Bu, bizim üçün ən böyük qiymətdir. Əgər yenidən belə bir təklif olarsa, yenə böyük sevinc və məsuliyyət hissi ilə Azərbaycan himnini ifa edərik. Bu an bizim yaddaşımızda hər zaman xüsusi yer tutacaq".


Qeyd etdyimiz kimi məlum ifanı bəyənməyənlər də olub. Sherg.az məsələyə mütəxəssis rəyini öyrənib. “Rəşid Behbudov Fondu”nun direktoru Kamil Şahverdi “Şərq”ə açıqlamasında qeyd etdi ki, Alim və Fərqanə Qasımovların dövlət himnini duet şəklində oxuması normal haldır:

- Dünya təcrübəsində belə hallar olur, hər hansı beynəlxalq səviyyəli, mötəbər tədbirlərdə  bu səpkili şoular düzənlənir. Məsələn, “Oskar” mükafatının təqdimetmə mərasimində tanınmış amerikalı aktyorlardan biri çıxıb ABŞ-nin himnini ifa edə bilir. Olimpiya oyunlarının açılışında, yaxud futbol üzrə dünya çempionatlarında dünyaca sevilən, tanınmış “ulduz”lar açılış edir, dövlət himni və ya açılış üçüm özəl olaraq bəstələnmiş mahnı ifa edirlər. Bunlar həmin tədbirə, mərasimə xüsusi rəng qatmaq, rəngarənglik vermək üçün edilir.  Göstərişli bir şou yaradılır. Hesab edirəm ki, Formula 1 - Azərbaycan Qran-Prisinin təşkilatçıları da məhz belə bir göstəriş, yaxşı mənada şou yaradılmasını nəzərdə tutaraq  dövlət himninin duet şəklində və məhz Alim Qasımov və Fərqanə xanımın ifasında səslənməsini uyğun görüblər. Onlar da himnimizi yeni formada təqdim edərək, layiqli şəkildə ifa etdilər. Lent yazısı da səsləndirmək olardı, lakin bu, həmişə dinlənən ifa olacaqdı. Bu isə yenilik idi və gözəl alınmışdı. 


K.Şahverdi qeyd etdi ki, bəzən beynəlxalq səviyyəli tədbirlərdə orkestri tam heyətlə səhnəyə çıxarmaq mümkün olmur. Himnin canlı səslənməsi üçün gərək orkestr də, xor heyəti də səhnəyə çıxsın. Bunun üçün heç də həmişə uyğun şərait olmur. Formula 1-in builki açılış mərasimində təşkilatçılar yenilik etdi və bu yaxşı alındı. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:46
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Sentyabr 2025 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see295

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see253

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see231

Ermənistanın qapılarını taybatay açmaq “Vaşinqton görüşündən sonra Paşinyan nə edəcəyini bilmir”

20 Dekabr 2025 13:25see226

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see174

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see172

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see155

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see150

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see149

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see149

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see148

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see147

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see143

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see140

Türkiyə gözəli seçildi

20 Dekabr 2025 10:38see140

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see139

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see139

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see138

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see136

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri