Icma.az
close
up
RU
Gözəl şair, kamil ziyalı

Gözəl şair, kamil ziyalı

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

FİKRƏT QOCA – 90

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Xalq şairi, Dövlət mükafatı laureatı Fikrət Qocanın anadan olmasının 90 illiyi haqqında sərəncam imzalayıb. Ötən əsrin 60-cı illərində Azərbaycan poeziyasına yeni ovqat gətirmiş novator şair kimi tanınan Fikrət Qoca yaradıcılığında milli şeir ənənələrinə və dünya bədii fikrinin nailiyyətlərinə söykənən söz ustalarındandır.

Şairin həyat və zaman haqqında lirik-fəlsəfi ümumiləşdirmələrlə zəngin yaradıcılığında müasir insanın mənəvi-əxlaqi kamillik axtarışları özünün dolğun poetik əksini tapmışdır. Ədəbi fəaliyyəti boyunca yüksək ictimai amala sadiq qalan Fikrət Qoca doğma xalqının azadlıq ideallarının tərənnümünü daim diqqətdə saxlamış, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi işinə öz töhfəsini vermişdir.

...43 il öncə – 1982-ci ildə Dövlət mükafatına təqdim olunan Fikrət Qoca ilə Sumqayıtdakı Kimya Sənayesi İstehsalat Birliyində görüş keçirilirdi. Universitetin jurnalistika fakültəsinin tələbəsi və çoxtirajlı “Kimyaçı” qəzetinin əməkdaşı kimi mənim də həmin görüşdə çıxışım nəzərdə tutulurdu. Növbəm çatanda həyəcanla çıxışıma başladım. Fikrət Qocanın, onunla birlikdə görüşə gəlmiş ünlü söz sahibləri Salam Qədirzadə, İshaq İbrahimov, Pənah Xəlilov, Vaqif İbrahim və başqalarının diqqətlə qulaq asdıqlarını görəndə bir qədər arxayınladım və “Babalarım” şeirini də əzbər söylədim:

Biri qoçaq olub, mərd olub,
Biri qaçaq olub, mərd olub,
Bəs bu namərdlər hardandı?
Bax bu, mənə dərd olub.

Sonra çay süfrəsi arxasında professor Pənah Xəlilov məni göstərərək: “Bu cavan oğlanın çıxışını çox bəyəndim”, – deyəndə Fikrət Qoca da başı ilə təsdiqlədi (Doğrudur, həmin il Fikrət Qoca Dövlət mükafatı almadı, amma bir neçə il sonra bu şərəfə layiq görüldü). Təqdim edilən bu kollektiv şəkil isə həmin görüşün yadigarıdır.

Xalq şairi Rəsul Rza onun haqqında deyib: “Fikrət Qocanın şeirlərində məni sevindirən qüvvətli yenilik hissidir. Onun şeirlərində mədəni bir şairin, ürəyi sözlə dolu bir insanın nəyə isə məhəbbət, nəyə isə nifrət aşılamaq istəyən bir şairin səsini eşidirik”.

Onunla eyni ad-soyadlı, həm də ağdaşlı olan bir şair də vardı, bəzən oxucular qarışıq salırdılar. Buna görə də Fikrət müəllim soyadından rus “yev”ini ixtisara salmalı olub. “Sabir poeziya günləri”ni ilk dəfə təşkil edən Rəsul Rza onu səhnəyə çağırıb: “Sözü verirəm Fikrət Qocaya”. Zalda əyləşənlər gülüşüblər. Onda Rəsul Rza cavab olaraq deyib ki, baxmayın, familiyası Qocadır, özü cavandır. Elə şairin yaşı üstünə yaş gəlsə də, həmişə ruhu cavan, təbi rəvan qalıb.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar onu sağlığında belə xarakterizə edib: “Fikrət Qoca küləyin, yarpağın, suyun nəğməsini dilimizin ən zərif, ən həzin sözləriylə ifadə etməyi bacaran şairdir”. Şairin vəfatından sonra isə deyib: “Fikrət Qoca mənim xatirimdə işıqlı insan, ən sadiq dost, ən gözəl şair, ən şərəfli ziyalı kimi qalacaq”.

Fikrət Qoca insani duyğuları özünəməxsus sadə bir dillə ifadə etməyin ustası idi. Onun söylədiyi həqiqətlər öz poetik donunda gözəl görünürdü.

Dünyanın ən ağır yolu gecədir,
Dünyanın ən böyük sevinci səhər.
Mənim çətinliyim mən ölüncədir,
Sonrası... sonrası hər şey düzələr.

Şairin sevgi şeirləri də səmimiliyi, saflığı, fədakar ruhu ilə seçilir:

Əgər çatılsaydı qaşın kamanı,
Kainat xətrinə dəysəydi əgər.
Elə silkələrdim mən asimanı
Ulduzlar tut kimi tökülərdilər.

Fikrət Qocanın əsərləri neçə-neçə xarici dilə tərcümə olunub. 500-dən çox şeirinə musiqi bəstələnib. “Anacan, dostum evlənir”, “Könlüm”, “Günay”, “Gəl, ey səhər”, “Çiçək tapa bilmədim”, “Gecə yaman uzundur”, “Payız gəldi” və s. təravətini itirməyib, bu gün də müğənnilərin repertuarını bəzəyir, sevilə-sevilə dinlənilir.

Uzun illər AYB-nin I katibi olmuş Xalq şairi Fikrət Qoca 2021-ci il mayın 5-də 85 yaşında vəfat edib və I Fəxri xiyabanda dəfn olunub. “Şairlər ölmür, qara qələm kimi yazılıb qurtarır” – deyən Fikrət Qoca haqqında qeydlərimə yenə də onun özünün misraları ilə nöqtə qoyuram:

Ölüm də, olum da, bunlar bir yana,
Bu adi qanunu mən də danmıram.
Şair nəğmə kimi gəlir cahana,
Nəğmə ölümünə mən inanmıram...

Əli NƏCƏFXANLI
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:169
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 May 2025 11:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see585

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see561

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see557

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see478

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see473

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see439

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see373

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see367

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see365

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see333

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see323

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see317

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see309

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see307

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see305

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see305

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see297

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see296

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see296

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri