Icma.az
close
up
RU
Belə olan halda Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq

Belə olan halda Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"İran Israillə mübarizədə tərəfdaşlarından əməli dəstək gözləsə də, nəticə yoxdur. Tehranın ən yaxın iki tərəfdaşı Rusiya və Çin sadəcə müharibə əleyhinə bəyanatlarla kifayətləniblər, onlar İranı ağır durumdan çıxaracaq istəkdə deyillər. İranla əlaqəli Hizbullah və HƏMAS isə başsız qalıblar və zəifləyiblər, Tehranın istəyi ilə İsrailə qarşı həmlə edəcək gücdə deyillər. Bircə Yəməndəki husilər İranla birgə İsraili raket atəşinə tuta bilərlər, ancaq onların da başına raketlər yağır və bu onların müqavimət gücünü zəiflədib".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, bununla bağlı iranlı generalın açıqlamalar verdiyini bildirib:

"İran İslam Keşikçiləri Korpusunun keçmiş rəhbərlərindən biri, general Möhsün Rezai yerli televiziya kanallarından birində çıxış edərkən İsraili qorxutmaq üçün iki açıqlama verib. O birinci açıqlamasında söyləyib ki, guya İran Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və bir sıra başqa müsəlman ölkələrlə birlikdə böyük İslam ordusu yaratmağa çalışır.

Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan İranı xilas etmək üçün niyə İslam ordusu yaratmalıdırlar? Axı İran adı çəkilən 3 ölkənin müttəfiqi deyil. Əksinə, İran mühafizəkarları və həmin İslam Keşikçiləri Korpusu müxtəlif illərdə Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan əleyhinə siyasət yürüdüblər, bu ölkələrin əleyhinə açıqlamalar veriblər. Türkiyə İsrailin İrana qarşı hava hücumunu pisləsə də, İrandakı dairələrin terrorçu PKK təşkilatına dəstəyini unutmayıblar. Türkiyənin xarici işlər naziri Hakan Fidan bir neçə ay əvvəl verdiyi açıqlamada, İranın PKK ilə gizli təmaslarına son qoyması vacibliyini bildirmişdi. İrandakı dairələr bir ara Səudiyyə Ərəbistanı da içəridən qarışdırmaq istəyiblər. Bu səbəbdən Səudiyyə Ərəbistanı İranla diplomatik əlaqələrinə son vermişdi, yalnız Pekinin vasitəçiliyi ilə diplomatik əlaqələr bərpa olundu. Pakistana gəldikdə bu ölkə ötən ilin yanvarında İranla sərhəddə toqquşma yaşamışdı, bir-birlərinə raket zərbələri endirmişdilər.

General Möhsün Rezainin ikinci açıqlaması Pakistanın İrana dəstək məqsədi ilə guya İsrailə nüvə silahı ilə zərbə endirəcəyi barədədir. Bu açıqlamanın da reallıqla əlaqəsi yoxdur. İsraillə İran arasında müharibə başladıqdan sonra Pakistan İranla sərhəddə nəzarəti gücləndirib. Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif nüvə potensialının dövlətinin və xalqının xeyrinə və ölkəsinin düşmən planlarından qorumağa xidmət etdiyini bildirib. Bu açıqlama iranlı generalın sözlərinin həqiqəti əks etdirmədiyini göstərir.

Bu arada, İrandakı dairələrin İraqdakı tərəfdarlarını fəallaşdırmağa çalışa biləcəyi barədə ehtimallar var. Ancaq bunun özü İranın problemlərini artıracaq. Tehran ABŞ-nin İsrailin İrana hücumlarına qoşulmasını istəmir. İrana bağlı güclər ABŞ-nin İraqdakı hərbi bazalarına hücum etsələr, bu İsrailin işinə yarayacaq, çünki belə olan halda ABŞ Prezidenti Donald Trampın İrana qarşı müharibəyə qoşulmasından başqa seçimi qalmayacaq".

Vasif ƏLİHÜSEYN 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 18 İyun 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri