Icma.az
close
up
RU
İrana qarşı üç SSENARİ Trampın SEÇİMİ

İrana qarşı üç SSENARİ Trampın SEÇİMİ

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla son görüşündə İranla diplomatik razılaşmanın mümkünlüyünə şübhə ilə yanaşıb. O, həmçinin, Tehrana təzyiqləri artırmağa çağırıb. Bu barədə Axios İsrail rəsmisinə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, tərəflər üç ssenarini müzakirə ediblər: İranla diplomatik razılaşma, artan iqtisadi təzyiqlə dəniz blokadasını saxlamaq və hərbi əməliyyatların bərpası.

İrana qarşı bu üç variantdan hansı seçilə bilər?

Siyasi şərhçi Əli Orucov Musavat.com-a bildirib ki, hazırkı geosiyasi vəziyyət nəzərə alındıqda, ABŞ və İsrailin qarşısında müzakirə olunan üç ssenarinin hər birinin öz üstünlükləri və riskləri var, lakin onların reallaşma ehtimalı eyni deyil: “İlk ssenari - İranla diplomatik razılaşma Vaşinqton üçün ən az riskli variant hesab olunur. ABŞ hərbi əməliyyatların yenidən başlamasının Yaxın Şərqdə genişmiqyaslı eskalasiyaya səbəb ola biləcəyini anlayır. Əgər Tehran nüvə proqramı, uranın zənginləşdirilməsi və beynəlxalq nəzarət mexanizmləri ilə bağlı müəyyən güzəştlərə getsə, Donald Tramp administrasiyası bunu xarici siyasətdə mühüm uğur kimi təqdim etməyə çalışa bilər. Lakin İsrail rəhbərliyi İranın əvvəlki razılaşmalardan tam nəticə çıxarmadığına inandığı üçün bu ssenariyə ehtiyatla yanaşır”.

Ekspert hesab edir ki, ikinci variant hazırda ən real variant kimi görünür: “Bu yanaşma ABŞ-yə hərbi əməliyyatlara başlamadan İranın neft ixracını, maliyyə imkanlarını və regional təsirini məhdudlaşdırmağa imkan verir. İsrail də bu modeli dəstəkləyir, hesab edir ki, uzunmüddətli iqtisadi təzyiq İranın hərbi və nüvə proqramlarının maliyyələşdirilməsini çətinləşdirə bilər. Hərbi əməliyyatların bərpası variantı isə ən riskli seçimdir. Bu halda İranın İsrailə, ABŞ bazalarına və regiondakı müttəfiqlərə cavab zərbələri endirməsi, həmçinin Hörmüz boğazında təhlükəsizlik böhranının daha da dərinləşməsi ehtimalı yüksəkdir. Belə bir inkişaf enerji bazarlarında ciddi qiymət artımına və regional münaqişənin daha geniş miqyas almasına səbəb ola bilər. Məhz buna görə də hərbi variant, adətən, diplomatik və iqtisadi təzyiq nəticə vermədiyi halda "son vasitə" kimi saxlanılır. Ona görə də ən yüksək ehtimalla yaxın dövrdə ikinci variant-iqtisadi təzyiqlərin gücləndirilməsi və İranın daha sərt şəkildə təcrid edilməsi siyasəti davam etdiriləcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 İyul 2026 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see320

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see315

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see299

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see295

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see293

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see293

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see287

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see281

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see270

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see256

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see251

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see247

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see244

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see238

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see236

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see233

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see232

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see220

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri