Icma.az
close
up
RU
“Belə suallara nifrət edirəm” Valdas Dambrauskas

“Belə suallara nifrət edirəm” Valdas Dambrauskas

Footbal-plus portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sabah ölkə kubokunun final oyunu keçiriləcək.

“Football-plus.az” xəbər verir ki, oyunöncəsi mətbuat konfransında “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas jurnalistlərin önünə çıxıb.
- Burda olmaq mənim üçün şərəfdi. Hər ölkədə kubok finalı böyük hadisədi. Bəzi ölkələrdə iki, bəzilərində üç kubok var. “Zirə”ni final münasibəti ilə təbrik edirəm. Hər kəsi tribunaya çağırıram. Ötən mövsüm kuboku qazanmışıq. Karyeramda çox kubok finalı olub. Çox çətindi. Sabah dramatik, həyəcanlı oyun olacağına ümid edirəm.
- Mümkün panalti seriyasına hazırlaşmısız?
- Əlbəttə. Bu mənim üçün əhəmiyyətlidi. Tarixi fürsətdi. Oyunçular, məşqçilər olaraq, əlimizdən gələni edəcəyik. Böyük səbirsizliklə oyunu gözləyirik. Hər nəticəni gözləyirik. Yorğunluq da ola bilər. Səmimi olsam, penaltilər üzərində işləməmişik. Lazım olsa, kimə güvənəcəyimi bilirəm.
- Sizin qələbəniz “Neftçi” və “Qarabağ” üçün də vacibdi. Bu məqam üzərinizdə əlavə təzyiq yaradır?
- Belə suallara nifrət edirəm. Başqa şeylər düşünmürük. Ancaq öz oyunumuzu düşünürük. 3-cü komanda bizi maraqlandırmır. Qalib gəlsək, azarkeşlərimizi sevindirəcəyik. Başqa şeydən danışmağın mənası yoxdu.
- 7 dəfə kubokun qalibi olmusuz. Bu amil “Sabah” üçün əlavə üstünlükdü? “Zirə” isə iki dəfə finalda oynayıb. Bunu da onların üstünlüyü kimi hesab etmək olar?
- Keçmişdə qazanılan uğur keçmişdə qalır. Bunları fərqli komandalarda qazanmışam. Əlavə finallar səni yaxşı məşqçi etmir. İnanıram ki, ən yaxşı komanda sabah qalib olacaq. Dramatik, qollu oyun olacağına inanıram.
- “Zirə”, adətən, belə oyunlarda “beşli” müdafiə ilə oynayır. Sirr deyilsə, siz hansı taktiki sxem hazırlamısız?
- Hər şeyi desəm, heç nəyin marağı qalmayacaq (gülür). Üç dəfə qarşılaşmışıq, çətindi. Bir-birimizi böyük sürprizlər gözləmir. Kiçik detallar oyunu həll edəcək. Əvvəlki oyunlara necə hazırlaşmışıqsa, sabah da belə olacaq. Planlarımız var. Üzərimizdə təzyiq yoxdu. Sabah istədiyimiz oyunu sərgiləsək, ən yaxşı komanda biz olacağıq.
- Finalın mövsüm başa çatandan sonra olması daha yaxşıdı, yoxsa indi?
- Bu barədə nəsə düşünmürəm. Azərbaycana gəlmişəm, təşkilatçılığa, qaydalara hörmətlə yanaşıram. Mənə görə fərqi yoxdu. Bu ölkənin böyük futbol tarixi var. Nə vaxt deyilirsə, o vaxt oynamalıyıq.
- Rəşad Sadıqovun komandalarını bir neçə dəfə böyük hesabla məğlub etmisiz. Sabah daha aqressiv komanda görəcəksiz.
- Bu finaldı. Statistikanın önəmi yoxdu. “Omoniya” ilə ikinci oyunda burda məğlub olmuşduq. Keçmiş oyunların sabaha təsiri yoxdu. Biz bir-birimizi tanıyırıq. Finalda hər şey başa verə bilər. Hər iki komanda aqressiv olacaq. Azarkeşlərin həzz alacağı oyun olmasını istəyirəm.
MÜZƏFFƏR QULUZADƏ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 May 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see355

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see342

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see329

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see323

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see315

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see305

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see296

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see292

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see264

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see249

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see242

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see229

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see225

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see209

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see202

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see200

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see198

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see194

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri