Valdas Dambrauskas: Futbolçularımla fəxr edirəm
Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas futbolçuları ilə fəxr edir.
"Report"xəbər verir ki, litvalı mütəxəssis bunu "Orhus"a (Danimarka) qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra deyib.
Mütəxəssis komandanın böyükhesablı qələbəsini şərh edib:
"Azərbaycanlı futbol azarkeşlərini, futbolçularımı və hər kəsi təbrik edirəm. Oyunçularımla qürur duyuram. Səfərdə məğlub olduqdan sonra nəticə çıxarmışdıq. Cavab matçına daha hazırlıqlı idik. Bu gün kim yaxşı oynasaydı, o da qalib gələcəkdi.
İlk hissədə rəqibin bir qol vurmaq imkanı oldu. Lakin qapıçımız yaxşı çıxış etdi. Bununla belə, əsasən qarşılaşmada üstün olan tərəf biz idik. Biz bu gün qələbəmizi bayram edəcəyik".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Sabah" "Orhus"u iki oyunun nəticəsinə (1:2, 4:0) əsasən məğlub edərək pley-offa vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Avropa Liqasının əsas mərhələsinitəmin edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 11 Avqust 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















