Icma.az
close
up
RU
Belə sübutlar məhkəmədə işə yaramır Vəkil

Belə sübutlar məhkəmədə işə yaramır Vəkil

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məhkəmələrdə sübutların qəbulu işin düzgün qiymətləndirilməsi üçün əsas şərtdir. Lakin hər sübut qəbul olunmur. Qanunla müəyyən olunmamış, gecikmiş, saxta və ya formaya uyğun təqdim edilməyən sübutlar rədd edilə bilər. Sübutların vaxtında və düzgün təqdim olunmaması işin nəticəsinə birbaşa təsir göstərir, iddiaların əsaslandırılmasını zəiflədir və tərəflərin hüquqlarının tam təmin olunmasına mane olur. 
Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən vəkil Cavanşir Qasımzadə bildirib ki, sübutların təqdim edilməsi məsələsində cinayət, inzibati və mülki prosessual qanunvericilikdə fərqli qaydalar nəzərdə tutulub. 

"Adətən məhdudiyyətləri mülki qanunvericilikdə görürük. Cinayət və inzibati qanunvericilikdə isə sübutların təqdim edilməsində hər hansı məhdudiyyət yoxdur. Prosesin istənilən mərhələsində sübut təqdim etmək mümkündür. Məhdudiyyət yalnız bundan ibarətdir ki, sübutlar qanunsuz yolla əldə olunmasın. Mülki prosessual məcəlləyə əsasən isə sübutların təqdim edilməsində müəyyən məhdudiyyətlər var. Belə ki, qanunsuz əldə olunmuş sübutlar təqdim edilə və ya qəbul edilə bilməz. Əsas məsələ isə budur ki, mülki prosessualda sübutlar hazırlıq iclası mərhələsinə, yəni baxışa qədər təqdim edilməlidir".
Vəkil bildirib ki, əgər sübutlar hazırlıq iclasında təqdim edilməyibsə, baxış mərhələsində yalnız onda qəbul olunur ki, tərəf sübut etsin ki, niyə bunu hazırlıq mərhələsində təqdim edə bilməyib. 
"Yəni təqdim edilməməsinin səbəbi üzrlü olmalıdır. Yalnız bu halda baxış mərhələsində sübutlar qəbul edilə bilər. Başqa sözlə, şəxs baxış mərhələsində sübutları təqdim edirsə, sübut etməlidir ki, bu sübutlar ona yeni çatıb, yəni ya yeni əldə olunub, ya da hazırlıq mərhələsində verilməsi qeyri-mümkün olub və ya üzrlü səbəbdən təqdim edə bilməyib".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:131
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Aprel 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri