Icma.az
close
up
RU
Belə məşq heç bir işə yaramır Mif imiş

Belə məşq heç bir işə yaramır Mif imiş

Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Göz gimnastikasının görmə qabiliyyətini bərpa etməsi ilə bağlı fikirlər elmi baxımdan doğru deyil.

Milli.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Angelina Kazantseva bildirib. Onun sözlərinə görə göz üçün edilən məşqlər görmənin zəifləməsinin əsas səbəblərini aradan qaldıra bilmir.

Həkimin sözlərinə görə, miopiya (yaxıngörmə), hipermetropiya (uzaqgörmə), astiqmatizm kimi problemlər gözün anatomik quruluşu ilə bağlıdır. Bu pozuntular göz almasının uzunluğu, buynuz qişanın və ya büllurun əyriliyi ilə əlaqəlidir. Göz əzələ olmadığı üçün onu məşqlə "formaya salmaq" mümkün deyil. Eyni yanaşma yaşa bağlı presbiopiyaya, yəni yaşlılıq uzaqgörməsinə də aiddir. Bu, büllurun sərtləşməsi ilə gedən təbii prosesdir.

Mütəxəssis qeyd edib ki, göz məşqlərinə həddindən artıq ümid bəsləmək bəzən təhlükəli də ola bilər. Belə ki, insanlar bu üsullara güvənərək həkimə müraciəti gecikdirə, nəticədə vəziyyəti daha da ağırlaşdıra bilərlər.

Kazantseva vurğulayıb ki, göz gimnastikasının əsas rolu müalicə deyil, profilaktika və görmə yorğunluğunun azaldılmasıdır. Uzun müddət ekrana və ya kitaba baxdıqda göz əzələləri gərgin vəziyyətdə qalır. Bu isə gözlərdə quruluq, "qum hissi", baş ağrısı və görmənin müvəqqəti bulanması ilə nəticələnə bilər. Məşqlər qan dövranını yaxşılaşdırmağa, "quru göz" sindromunun qarşısını almağa və akkomodasiya spazmını, yəni yalancı miopiyanı azaltmağa kömək edə bilər.

Həkimin sözlərinə görə, gözlər üçün ən effektiv istirahət üsulu uzağa baxmaqdır. Məsələn, pəncərədən çölə, təbiət mənzərələrinə baxmaq gözləri daha yaxşı rahatladır. Gimnastika isə yalnız köməkçi vasitə sayılmalıdır.

Eyni zamanda, yüksək dərəcəli miopiya, torlu qişanın qopması və ya qlaukoma kimi ciddi problemləri olan şəxslərə göz məşqlərinə başlamazdan əvvəl mütləq həkimlə məsləhətləşmək tövsiyə olunur.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2025 19:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri