Icma.az
close
up
RU
Belə yazmaq xəstəlikdən xəbər verirmiş Alimlərin tapıntısı

Belə yazmaq xəstəlikdən xəbər verirmiş Alimlərin tapıntısı

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Alimlər müəyyən ediblər ki, Şizofreniya xəstəliyindən əziyyət çəkən insanlarda yazılı nitq də ciddi şəkildə dəyişir. Ölkə.Az xəbər verir ki, araşdırmanın nəticələri "Journal of Writing Research" jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, halüsinasiyalar və sayıqlamalar kimi pozitiv simptomları üstün olan pasiyentlər daha uzun mətnlər yazır, lakin bu yazılarda təkrarlar, məntiq pozuntuları və süjetin təhrif olunması daha çox müşahidə edilir. Əksinə, apatiya və nitq aktivliyinin azalması ilə xarakterizə olunan neqativ simptomları üstün olan şəxslər daha qısa və yığcam yazır, lakin daha çox orfoqrafik və punktuasiya səhvlərinə yol verirlər.

Şizofreniya düşüncə, emosiyalar və davranışa təsir edən ağır psixi pozuntudur. Onun simptomları adətən iki qrupa bölünür: pozitiv və neqativ. Pozitiv simptomlara halüsinasiyalar və sayıqlamalar daxildir, neqativ simptomlar isə motivasiya itkisi, passivlik və nitq qabiliyyətinin zəifləməsi ilə müşayiət olunur.

Araşdırmada şizofreniya diaqnozu olan 41 yetkin şəxs iştirak edib. Onlara təxminən 530 sözlük qısa mətn oxudulduqdan sonra həmin hekayəni sərbəst şəkildə yazılı formada təqdim etmək tapşırılıb. Daha sonra yazılar struktur, məntiqi bağlılıq, leksika, qrammatika və səhvlər baxımından təhlil edilib.

Nəticələr göstərib ki, yazı üslubu simptomların növündən ciddi şəkildə asılıdır. Pozitiv simptomları üstün olan iştirakçılar daha çox fikir və söz ehtiva edən uzun mətnlər yazsalar da, bu mətnlərdə ardıcıllıq zəif olur və süjet bəzən təhrif edilir.

Neqativ simptomları üstün olanlar isə daha qısa və konkret yazılar təqdim ediblər. Bu yazılarda əsas süjet xətti daha yaxşı qorunsa da, yazı texnikasında – xüsusilə orfoqrafiya və punktuasiyada çətinliklər daha çox müşahidə olunub.

Ümumilikdə iştirakçıların əksəriyyəti hadisələrin xronologiyasını qoruyub və keçmiş zaman fellərindən düzgün istifadə edib. Bununla belə, bir çoxu əsas süjet xəttindən daha çox ikinci dərəcəli detalları yadda saxlayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://olke.az
archiveBu xəbər 24 Mart 2026 19:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri