Icma.az
close
up
RU
Belə yerlərdə tikilən evlər kütləvi şəkildə sökülə bilər AÇIQLAMA

Belə yerlərdə tikilən evlər kütləvi şəkildə sökülə bilər AÇIQLAMA

Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Xətai rayonu, Rəşid Bağırov 36/12b ünvanında uzun müddət əvvəl kollektor üzərində tikilmiş ikimərtəbəli evin sökülməsi qərara alınıb. Aidiyyəti qurumlar tərəfindən artıq həmin ev sökülüb. Buna səbəb normadan artıq yağan yağışların səbəb olduğu subasmadır.
Belə ərazilərdə yerləşən evlərin sökülməsi prosesi kütləvi xarakter ala bilərmi və bu zaman sakinlərin hüquqları necə qorunacaq?
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı məsələ barədə Demokrat.az-a açıqlamasında bildirib ki, bu istiqamətdə dəfələrlə müzakirələr gedib, müxtəlif səviyyələrdə danışıqlar aparılıb, lakin indiyədək konkret və nəticəyönümlü addımlar atılmayıb:
“Son günlərdə baş verən intensiv yağıntılar isə bu mövzunu yenidən gündəmə gətirib və onun aktuallığını bir daha açıq şəkildə ortaya qoyub. Mövcud vəziyyət göstərir ki, Bakı və Abşeron ərazisində kanalizasiya sistemlərinin əhəmiyyətli dərəcədə yenilənməsinə, müasir tələblərə uyğun şəkildə yenidən qurulmasına ciddi ehtiyac var. Bu istiqamətdə gecikmədən, sistemli və kompleks yanaşma ilə mühüm işlər görülməlidir. Əks təqdirdə, bu problem qısa müddət ərzində paytaxt üçün daha genişmiqyaslı və ciddi fəsadlara yol aça bilər. Bu baxımdan, ilk növbədə diqqət yetirilməli əsas məsələlərdən biri infrastrukturun inkişafına maneə törədən sənədsiz tikililərlə bağlı vəziyyətdir”. 
O qeyd edib ki, bu tikililər bir çox hallarda kommunikasiya xətlərinin, o cümlədən kanalizasiya sistemlərinin düzgün qurulmasına və istismarına ciddi çətinliklər yaradır:
“Lakin bununla yanaşı qeyd olunmalıdır ki, bəzi dövlət qurumları tərəfindən bu istiqamətdə atılan addımlar, xüsusilə də sərt və planlaşdırılmamış müdaxilələr cəmiyyətdə ciddi narazılığa, hətta kütləvi etirazlara səbəb olur. Bu cür yanaşmanı düzgün hesab etmirəm və düşünürəm ki, məsələyə daha həssas, mərhələli və sosial amillər nəzərə alınmaqla yanaşmaq vacibdir. Bununla belə, mövcud problemlərin həlli üçün operativ tədbirlərin görülməsi qaçılmazdır. Qısa müddət ərzində bu sahə üzrə xüsusi komissiya yaradılmalı və həmin komissiya tərəfindən sistemli, şəffaf və əsaslandırılmış fəaliyyət həyata keçirilməlidir. İnfrastrukturun inkişafına və mövcud sistemlərin normal və təhlükəsiz istismarına mane olan tikililərin müəyyənləşdirilməsi aparılmalı və onların aradan qaldırılması ilə bağlı konkret qərarlar qəbul edilməlidir. Bu proses hüquqi çərçivədə, sosial ədalət prinsipləri qorunmaqla və vətəndaşların maraqları nəzərə alınaraq həyata keçirilməlidir. Nəzərə almaq lazımdır ki, fövqəladə hallar baş verdikdən sonra görülən tədbirlər, məsələn, tikililərin təcili şəkildə sökülməsi, ətrafdakı digər evlərə və obyektlərə də ziyan vurmaq riskini artırır. Bu isə problemi daha da dərinləşdirə və əlavə çətinliklər yarada bilər. Buna görə də belə addımlar qabaqlayıcı şəkildə, əvvəlcədən planlaşdırılaraq və texniki təhlükəsizlik qaydalarına riayət olunmaqla həyata keçirilməlidir. Bu istiqamətdə fəaliyyət epizodik xarakter daşımamalı, əksinə, davamlı və strateji əsaslara söykənməlidir. Xüsusi komissiya bu sahədə ciddi və ardıcıl fəaliyyət göstərməli, paytaxt ərazisində kanalizasiya infrastrukturunun inkişafı və modernləşdirilməsi ilə bağlı qısa müddətdə konkret qərarlar qəbul olunmalı və bu qərarların icrası təmin edilməlidir. Yalnız bu halda mövcud problemlərin qarşısını almaq və gələcəkdə daha ciddi fəsadların yaranmasının qarşısını almaq mümkün olacaq”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Aprel 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see373

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see358

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see317

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see283

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see271

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see231

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see223

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see220

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see218

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see196

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see195

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see187

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see186

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see185

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see180

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see180

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see179

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see170

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri