Icma.az
close
up
RU
Bələdiyyə əmlakını hansı şirkətlər qiymətləndirir? Nazirlikdən CAVAB

Bələdiyyə əmlakını hansı şirkətlər qiymətləndirir? Nazirlikdən CAVAB

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bələdiyyələrə məxsus əmlakın qiymətləndirilməsi prosesi uzun müddətdir ictimai və ekspert dairələrinin diqqət mərkəzindədir. Son aylarda bu sahədə aparılan qiymətləndirmələrlə bağlı narazılıqlar səsləndirilib. Əsas tənqidlər qiymətləndirmənin real bazar dəyərini əks etdirmədiyi və hansı meyarlara əsaslandığının aydın olmadığı ilə bağlıdır.

Ən çox müzakirə doğuran məsələlərdən biri də bu qiymətləndirmələrin hansı şirkətlər tərəfindən və hansı əsaslarla aparılmasıdır. Bəzi hallarda bu işlərin tender keçirilmədən həyata keçirildiyi, yaxud da prosesdə iştirak edən şirkətlərin peşəkarlıq səviyyəsinin qeyri-müəyyən olduğu iddia olunur. 

Şirkətlərin necə seçildiyi də məlum deyil.

Modern.az məsələ ilə bağlı Ədliyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, “Bələdiyyə torpaqlarının idarəedilməsi haqqında” Qanunun 10.1-ci maddəsinə dəyişiklik edilib.

Həmin dəyişikliyə əsasən bələdiyyə  mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satıldıqda qiymətlər, habelə hərraca və ya müsabiqəyə çıxarılan bələdiyyə mülkiyyətində olan torpaqların ilkin qiyməti torpağın normativ qiymətindən az olmamaq şərtilə bazar qiyməti nəzərə alınmaqla “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qiymətləndirməni aparan  şirkətlərin dövlətə məxsus olması şərt deyil.

"Belə ki, qiymətləndirməni özəl şirkətlər də həyata keçirə bilər", - Nazirlikdən verilən açıqlamada deyilir.

Məlumatda qeyd olunub ki, qanunda dəyişiklik olunduğu üçün Qanunun tələbi barədə bələdiyyələrin məlumatlandırılması məqsədilə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsi tərəfindən tövsiyə hazırlanaraq bütün bələdiyyələrə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 May 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri