Financial Times: İran hakimiyyəti etirazları dəstəkləyən şirkətlər və sahibkarların əmlakını müsadirə etməyə başlayıb
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
İranda hakimiyyət orqanları 2025-ci ilin sonundan başlayan hökumətə qarşı kütləvi etirazlardan sonra repressiv tədbirləri sərtləşdirib.
Bu barədə Gununsesi.info Financial Times-a istinadən xəbər verir.
Etirazlara dəstək ittihamı ilə əmlakların müsadirə edildiyi, bizneslərin bağlandığı və media qurumlarına qarşı sanksiyaların tətbiq olunduğu bildirilir.
“Financial Times” yazır ki, Tehran Baş Prokurorluğu yanvarın 20-də “etirazlara təhrik” ittihamı ilə 20-dən çox idmançı, aktyor və kino sahəsi nümayəndəsi barədə cinayət işi açıldığını bildirib. Qurumun iddiasına görə, həmin şəxslərə aid əmlak etirazlar zamanı dəyən “zərərin kompensasiyası” üçün istifadə olunacaq.
Məlumata əsasən, təxminən 60 kafe “birbaşa və ya dolayısı ilə” “terror aktlarını” dəstəkləməkdə ittiham olunub. “Financial Times” İranın “Tasnim” agentliyinə istinadla bildirir ki, ölkədə populyar olan qəhvəxanalar şəbəkəsi və ticarət mərkəzi ilə tanınan sahibkar Məhəmməd Səədiniya saxlanılıb və onun əmlakı müsadirə edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 21 Yanvar 2026 17:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















