Icma.az
close
up
RU
Bələdiyyə məni torpağımdan məhrum edib ŞİKAYƏT

Bələdiyyə məni torpağımdan məhrum edib ŞİKAYƏT

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Göyçay rayonunun Ləkçıplaq kəndinin bələdiyyəsi məni torpağımdan məhrum edib". 

Bunu Redaktor.az-a həmin kənd sakini Rüstəmova Günel Qubad qızı deyib.

Şikayətçi bildirdi ki, Aqrar İslahat Komissiyasının 1998-ci ildə qəbul etdiyi qərarla ailəsinə 1,4508 hektar torpaq sahəsi verilib. O, həmin torpaqda meyvə ağacları əkib-becərərək uzun illərdir istifadə edir.

Rüstəmova iddia edir ki, Ləkçıplaq kənd bələdiyyəsinin sədri Gülnar Mirzəliyeva bağ sahəsinin 0,20 hektarının bələdiyyəyə məxsus olduğunu bildirərək həmin ərazini başqa şəxsə satmaq istəyir:

“Heç bir qanuni əsas və məhkəmə qətnaməsi olmadan gəlib torpağımın bir hissəsini əhatəyə alıb. Halbuki mənim mülkiyyət hüququmu təsdiq edən sənədlərim var. Bələdiyyə sədrinin isə əlində heç bir rəsmi sənəd yoxdur”, - deyə o qeyd etdi.

Şikayətçi həmçinin bildirdi ki, məsələ ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etsə də, indiyədək heç bir qanunsuzluq aşkar olunmayıb:

“Əgər ölçü işləri düzgün aparılsa, həmin yerdə bələdiyyəyə aid torpaq olmadığı aydın görünəcək. Torpaq 1998-ci ildə ailəmizə verilib, halbuki bələdiyyələr 2000-ci ildən fəaliyyət göstərməyə başlayıb. 26 ildən sonra kiminsə gəlib qanunsuz şəkildə torpağıma iddia etməsi qəbulolunmazdır”.

Mövzu ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Göyçay rayonunun Ləkçıplaq bələdiyyəsinin sədri Gülnar Mirzəliyeva bildirdi ki, o, 2025-ci ilin fevral ayının 8-dən Ləkçılpaq kəndində bələdiyyə sədri vəzifəsini icra edir:

"Seçildiyim gündən bu günə qədər bütün fəaliyyətim yalnız qanun çərçivəsində həyata keçirilib və hər hansı qanunsuzluqdan söhbət belə gedə bilməz.

Qarşı tərəfin iddia etdiyi kimi “özbaşınalıq” halları mövcud deyil. Söhbət gedən torpaq sahəsində ölçmə işləri polis orqanlarının iştirakı ilə, həmçinin Ucar 16 saylı reyestr dairəsinin nümayəndələri tərəfindən tam qanuni qaydada aparılıb. Nəticədə bələdiyyənin ehtiyat fondunda olan torpaq sahəsi Günel xanım tərəfindən qanunsuz zəbt olunmaqdan azad edilib".

Sədr qeyd etdi ki, Günel Rüstəmovanın atasına məxsus 1 hektar 45 sot pay torpağı mövcuddur və həmin sahə bələdiyyə torpaqlarından kənarda yerləşir:

"Bələdiyyəyə məxsus ərazinin hüquqi mənsubiyyətini təsdiq edən bütün qanuni sənədlər mövcuddur. Bu səbəbdən əlavə izaha ehtiyac qalmır".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Sentyabr 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see319

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see304

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see291

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see290

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see262

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see241

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see238

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see235

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see222

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see215

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see215

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see214

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see212

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see203

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see201

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see192

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see192

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see189

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri