Icma.az
close
up
RU
Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir ŞİKAYƏT

Şabranda bələdiyyə sakinlərdən pul alıb sənəd vermir ŞİKAYƏT

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şabran rayonunun Rəhimli kənd sakinləri bələdiyyənin fəaliyyəti ilə bağlı narazıdırlar. Onlar torpaq məsələlərinin illərdir həll olunmadığını, verilən vədlərin yerinə yetirilmədiyini və şəxsi torpaq sahələrindən istifadəyə maneələr yaradıldığını iddia edirlər.

Avtosfer.az-a daxil olan şikayətdə kənd sakini Mircəfər İlham oğlu Rəsulov Rəhimli kənd bələdiyyəsinin sədri Əlirəhim İbrahim oğlu Bibiquliyevdən şikayətində bildirib ki,  2010-cu ildə ona ev tikmək məqsədilə həyətyanı torpaq sahəsi ayrılacağı bildirilib və bunun müqabilində 1000 manat pul alınıb. Lakin aradan 16 ilə yaxın vaxt keçməsinə baxmayaraq, nə torpaq sahəsi ayrılıb, nə də bununla bağlı hər hansı sənəd təqdim edilib. Eyni problemlə üzləşən digər kənd sakinləri də var. Onların da müxtəlif məbləğlər ödəmələrinə baxmayaraq, vəd edilən torpaq sahələrini ala bilmədikləri iddia olunur".

Şikayətçi bildirir ki, məsələ ilə bağlı prokurorluğa müraciət edib. Prokurorluqda keçirilən görüş zamanı bələdiyyə sədrinə problemin həlli üçün müəyyən vaxt verilsə də, bugünədək məsələ öz həllini tapmayıb. Dəfələrlə sənədlərin hazırlanacağı vəd edilsə də, nəticə olmayıb.
Bundan başqa, təqdim olunan səs yazılarında kənd sakinləri bələdiyyənin fəaliyyətindən narazılıqlarını ifadə edirlər. Sakinlərin özlərinə məxsus torpaq sahələrində təsərrüfat işləri aparmasına da maneələr yaradılır. Şikayətçilərin sözlərinə görə, bu vəziyyət kənddə ciddi narazılıq yaradıb və insanların sosial vəziyyətinə mənfi təsir göstərir.
Məsələ ilə bağlı Rəhimli kənd bələdiyyəsinin sədri Bibiquliyev Əlirəhim İbrahim oğlunun mövqeyini öyrənməyə çalışıb. Lakin onunla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb. Telefon zənglərimizə cavab verilməyib və geri dönüş olmayıb.
Fatimə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 31 İyul 2026 18:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri