Icma.az
close
up
RU
Bələdiyyə seçkiləri üçün şəxsiyyət vəsiqəsi verməkdən çəkinirlər Maraqlı səbəb

Bələdiyyə seçkiləri üçün şəxsiyyət vəsiqəsi verməkdən çəkinirlər Maraqlı səbəb

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı namizədlərin imzatoplama prosesi davam edir. Namizədliyini irəli sürən şəxslərdən bəziləri iddia edir ki, insanlar imza atmaqdan çəkinir. Hətta imzalarından istifadə edib, kimlərinsə adlarına kredit götürə biləcəyindən ehtiyat edirlər.

Bu narahatlığa əsas varmı? Qanun buna nə deyir?

Globalinfo.az-a danışan siyasi şərhçi Elvin Baxşəlizadə namizədliyini irəli sürdüyünü bildirib.

O, imzatoplama kampaniyası ərzində bu hallara sıx şəkildə rast gəldiklərini təəssüflə qeyd edib:

“Cəmiyyətimizin apolitik olması seçkidə namizəd olan bir çox siyasətçi, eləcə də mənim özüm üçün ciddi problem yaradır. İnsanların mütləq əksəriyyəti siyasi proseslərdən ümumiyyətlə, kənarda dayanmaq istəyir. Bu isə gələcək üçün yaxşı nəsə vəd etmir. Xalq öz ölkəsində keçirilən istənilən seçkidə maraqlı olmalı və prosesə töhfə verməlidir. Bundan başqa, qeyd etdiyiniz məqam da hazırda namizədlər üçün ciddi çətinliklər yaradır”.

Elvin Baxşəlizadə

E.Baxşəlizadə deyib ki, insanlar imza verərkən hansısa fırıldaqla üzləşməkdən çəkinirlər:

“Bunun yəqin ki, obyektiv səbəbləri var. Bu vaxta qədər cəmiyyətdə baş vermiş bir sıra neqativ hallar indi seçki prosesinə də təsir edir. Məsələn, bir çox vətəndaş imza verməyə razı olur. Amma şəxsiyyət vəsiqəsinin seriya nömrəsinə gəldikdə, problemlər, şübhələr başlayır. Gördüyüm qədər insanların ən böyük qorxusu adlarına kredit götürülməsi ilə bağlıdır. Buna görə də əksər insan şəxsiyyət vəsiqəsini təqdim etməkdən çəkinir”.

Vəkil Mehman Muradlının dediklərinə görə, kreditin öz şərtləri olur:

Mehman Muradlı

“Ümumiyyətlə, kredit götürən zaman şəxsin özü mütləq iştirak etməlidir. Bəli, əvvəllər bu cür hadisələr baş verib. Ona görə də indi şübhə edən vətəndaşları anlamaq olar. Bir zamanlar başqa adamın adına kredit götürüblər və s. Belə hadisə “Gəncə Bank”da da olmuşdu. Hətta cinayət işi başladılmış və günahkarlar məsuliyyətə cəlb olunmuşdular. İndi də insanlar ehtiyat edirlər”.

M.Muradlı yeni nəsil şəxsiyyət vəsiqələrinin təhlükəsiz olduğunu qeyd edib:

“Nə olursa, olsun, bu gün şəxsin özü olmadan kredit verilmir. Vətəndaş özü gedir banka, lazımi sənədləri imzalayır, pulu şəxsən qəbul edir və s. Lakin kimsə kredit məsələsini müraciət edənin özü olmadan “həll” edirsə, bu, cinayət məsuliyyəti yaratmış olur. Belə olan halda isə vətəndaşa dəymiş zərər ödənilir, bunu edənlər isə məsuliyyətə cəlb olunur”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Dekabr 2024 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see488

Formula 1: Mövsümün qalibi müəyyənləşdi

07 Dekabr 2025 18:47see178

Tramp “Netflix” “Warner Bros.” anlaşmasına mane ola bilər

07 Dekabr 2025 16:43see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see143

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see142

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see137

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see135

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see135

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see134

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see133

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see132

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see131

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see131

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see130

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Netanyahu siyasətdən getməyəcək

07 Dekabr 2025 19:36see128

Mütəxəssislər xəbərdarlıq edir: “Tox qarına yatmaq sağlamlıq üçün risklidir”

07 Dekabr 2025 17:01see124

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see123

Orban Türkiyəyə gedir

08 Dekabr 2025 00:58see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri