Icma.az
close
up
RU
Bələdiyyə sədrinin cinayət əməlləri üzə çıxdı TƏFƏRRÜAT

Bələdiyyə sədrinin cinayət əməlləri üzə çıxdı TƏFƏRRÜAT

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

12 il bələdiyyə sədri olmuş 64 yaşlı Şakir Atavanovun cinayət əməlləri üzə çıxıb. Məlum olub ki, bələdiyyə sədri qardaşı oğlunu və arvadını işə götürərək onların adına ayrılan maaşları ələ keçirib.
Bizim.Media musavat.com-a istiandən xəbər verir ki, Daşkəsən rayonu Çovdar bələdiyyəsinin sədri işləmiş Şakir Atavanov mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rəsmi sənədlərin saxtalaşdırılmasında ittiham olunub.
İstintaqla müəyyən edilib ki, bələdiyyənin 5 üzvündən ikisi onun qardaşı oğlu və arvadı olub. O, arvadını mühasib, qardaşı oğlunu isə sədr müavini təyin edib.
Bu illər ərzində qardaşı oğlunun adına 10 min manatdan çox, arvadının adına isə 15 min manatdan çox maaş ayıraraq ələ keçirib. Qardaşı oğlu başqa bir özəl şirkətdə operator vəzifəsində işləyirmiş. İşə gəlmir, bələdiyyə iclaslarında iştirak etmirmiş.
İstintaqla müəyyən edilib ki, 2019-2023-cü illər ərzində ümumilikdə bələdiyyə ayrılan 38 min manat büdcənin 16 min manatı sədr olaraq Şakir Atavanovun özünə çatıb.
Çovdar bələdiyyəsinin adından olan iclas protokollarına bələdiyyə üzvlərinin iştirakı olmadan adlarını əlavə edib, onların adından imzalar çəkib.
Şakir Atavanov ifadəsində əməllərini səmimi şəkildə etiraf edib. İzahı isə maraqlı olub. O, deyib ki, ittihamda göstərilən pozuntulara yol verib. Bu pozuntulara yol verməsinin səbəbi isə qanunları yaxşı bilməməsi olub.
“Ədliyyə Nazirliyi tərəfindən yoxlama aparılanda qanunsuzluqlar aşkar edildi. Qanunsuzluqları bildikdən sonra onları aradan qaldırdım. Etdiyim əməllərin əvvəlcədən hüquqi nəticələrini bilmədiyimdən işin bu yerə gəlib çıxacağını düşünməmişdim. Göstərilən vəsaitləri tamah məqsədi ilə mənimsəməmişəm. Əməllərimdən peşmanam” - deyən Şakir Atavanov səhhətində ciddi problemlər olduğunu bildiri. Məhkəmədən yüngül cəza təyin edilməsini xahiş edib.
 

Məhkəmə dəymiş zərərin ödənilməsini, şikayətçinin olmamasını və təqsirləndirilən şəxsin yaşını nəzərə alaraq ona yüngül cəza təyin edib. Məhkəmənin hökmü ilə 2 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.


Qeyd edək ki, bələdiyyə sədri daha əvvəl Daşkəsən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 188-ci (Torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) maddəsilə təqsirli bilinərək 160 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://bizim.media
archiveBu xəbər 23 Fevral 2025 14:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri