Icma.az
close
up
RU
Bələdiyyədən alınan torpaqlarla bağlı VACİB AÇIQLAMA

Bələdiyyədən alınan torpaqlarla bağlı VACİB AÇIQLAMA

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Əgər hər hansı addım qanunsuz hesab olunursa, məsələ təkcə həmin qərarın ləğvi ilə yekunlaşmamalıdır. Qanunsuzluğa yol verən şəxslər də inzibati məsuliyyətə cəlb edilməlidir ki, gələcəkdə oxşar halların təkrarlanmasının qarşısı alınsın. Qanunsuz qərarın aradan qaldırılması təqdirəlayiqdir, lakin məsuliyyət mexanizmi işləməzsə, problem kökündən həll olunmuş sayılmaz".

Moderator.az bildirir ki, bu barədə BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc bələdiyyələrin qanunsuz torpaq ayırmaları ilə bağlı qərarlarının ləğvi ilə bağlı danışarkən deyib.

AQC sədrinin öszlərinə görə, digər vacib məqam isə ondan ibarətdir ki, qanunsuz torpaq ayrılmaları nəticəsində yüzlərlə vətəndaşa torpaq sahələri verilib, həmin ərazilərdə tikililər inşa olunub və insanlar artıq bu mülklərə sahib olduqlarını düşünürlər:

"Əgər bu torpaqlar onların əlindən alınırsa, paralel şəkildə alternativ torpaq sahələri ilə təminat məsələsi də nəzərdən keçirilməlidir. Vətəndaşın mülkiyyət hissi və sosial sabitlik qorunmalıdır.

Mülkiyyət hüququ ən ali hüquqlardan biridir və toxunulmazdır. Bu sahədə qəbul edilən qərarlar ciddi əsaslandırılmalı və qanunun aliliyi prinsipi qorunmalıdır. Əks halda, hətta hüquqi baxımdan düzgün qərarlar belə cəmiyyətdə mülkiyyət anlayışına şübhə yarada bilər. İnsanlar gələcəkdə əldə etdikləri torpaq və ya əmlak üzərində hüquqlarının sabitliyinə əmin olmaya bilərlər ki, bu da ümumi etimadı zəiflədir".

Vüqar Oruc hesab edir ki, hazırkı addım müəyyən riskli və sənədsiz torpaq alqı-satqılarının azalmasına səbəb ola bilər:

"Lakin digər tərəfdən, proseslərin şəffaf və ardıcıl aparılmaması, xüsusilə qiymətləndirmə və təsdiq mərhələlərində yaranan uyğunsuzluqlar bələdiyyələrin fəaliyyətinə əlavə maneələr yaradır. Eyni torpaq sahəsi üzrə təkrar qiymətləndirmələr və ziddiyyətli rəylər hüquqi qeyri-müəyyənlik formalaşdırır.

Bu isə həm iqtisadi fəallığa, həm də dövlətin strateji hədəflərinə uyğun deyil. Qanunvericilikdə edilən dəyişikliklərin praktik icrası təmin olunmalı, yerli özünüidarəetmə orqanlarının qərarları əsassız şəkildə şübhə altına alınmamalıdır. Əks halda, vətəndaşların həm dövlət qurumlarına, həm də seçkili orqanlara inamı zəifləyir.

Məsələnin geniş ictimai müzakirəsinə və aidiyyəti qurumlar arasında daha koordinasiyalı yanaşmaya ehtiyac var. Şəffaflıq və hüquqi müəyyənlik bərpa olunmadan, həm mülkiyyət hüququna etimadı, həm də bələdiyyə institutunun nüfuzunu tam şəkildə gücləndirmək mümkün olmayacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://moderator.az
archiveBu xəbər 21 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see412

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see355

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see319

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see272

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see259

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see257

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see238

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see233

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see230

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see220

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see216

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see214

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see213

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see211

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see209

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see199

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see196

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see192

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see190

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri