Icma.az
close
up
RU
Bələdiyyələr üçün “Türkiyə modeli” nə vaxt, necə...

Bələdiyyələr üçün “Türkiyə modeli” nə vaxt, necə...

Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.

“Onlara geniş səlahiyyətlər verilməyənə qədər hər hansı bir ciddi bir nəticə gözləmək doğru deyil”

Azərbaycanda 2025-ci il yanvarın 29-na təyin edilən bələdiyyə seçkilərində 15 886 min nəfərin namizədliyi irəli sürülüb. Bu rəqəmi Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun son iclasında açıqlayıb. Bildirib ki, onlardan 6 889 nəfərin imza vərəqələri götürülüb.

2025-ci il yanvarın 29-da 685 bələdiyyə üzrə seçkilər keçiriləcək, 8 min 71 bələdiyyə üzvü seçiləcək. Hazırda partiyalar bələdiyyə seçkilərinə hazırlaşsalar da, etiraf edək ki, bu seçkilərə cəmiyyətdə böyük maraq yoxdur. Müşahidəçilərə görə, səbəb bələdiyyələrin funksionallığının az olmasıdır.

Söhbət ilk növbədə bələdiyyələrin səlahiyyətlərinin artırılmasından gedir. Zaman-zaman ekspertlər təklif ediblər ki, Azərbaycan Türkiyənin bələdiyyə modelinə keçsin.

Beləcə, uzun illərdir ki, bələdiyyələrin səlahiyyətlərinin, statusunun artırılması təklifi gündəmə gətirilir, ancaq reallaşmır. Bundan əlavə, bələdiyyələrin maliyyə resurslarının zəif olması ilə bağlı məsələ də müzakirə predmetidir. Ekspertlərə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr bəzən mövcud imkanlardan da düzgün istifadə edə bilmir.

Daha bir məsələ bələdiyyələrin ərazilərində olan vergi obyektlərinin siyahısının olmamasıdır. Bu siyahı dəqiq olsa, oradan lazımi vergilər yığılar və sonradan israfının qarşısı da alınar. Həmçinin qəbiristanlıqların bələdiyyələrə təhvil verilməsinin hələ başa çatmaması da xüsusi vurğulanır. Bunun da səbəbi kimi regionlarda, bir çox kəndlərdə qəbiristanlıqların sənədlərinin, xəritələrinin, pasportlarının olmaması göstərilir.

Bəs bələdiyyə seçkilərində iştiraka hazırlaşan partiyalar necə düşünür? Azərbaycanda “Türkiyə modeli”nə keçidin vaxtı çatıbmı? Bu istiqamətdə qanunverici və digər sahələrdə hansı addımlar atılmalıdır?

Tural Abbaslı

AĞ Partiya başqanı Tural Abbaslı hesab edir ki, Azərbaycanda bələdiyyə sistemi yaradılandan bu günə qədər demək olar ki, oturuşa bilməyib: “Bələdiyyələr adətən daha çox insanların yaddaşında torpaq alveri edən, torpaq satan bir qurum kimi qalıb. Sonuncu dəfə bələdiyyələrin sayının azaldılmasından sonra bu qurum bəlkə effektiv oldu. Amma buna inamım azdır. Bir halda ki, bələdiyyə üzvləri özləri belə maaş ala bilmirlərsə, bələdiyyə cəmiyyətdə nə rol oynayacaq? Həm də əgər təsir imkanları yoxdursa. Bu gün rayonlarda təsir imkanlarına malik olan ən çox rayon icra hakimiyyətləridir və hər rayon icra hakimiyyətinin də kəndlərdə icra nümayəndələri var. Dolayısı ilə bələdiyyələrlə paralel qurumlardır. Təbii ki, onların da təsir imkanları müqayisədə olduqca çoxdur. Təsadüfi deyil ki, bir sıra rayonlarda, regionlarda, hətta şəhərdə belə bələdiyyələr icra hakimiyyətlərinin bir qolu, şöbəsi kimi fəaliyyət göstərir. Özlərini icra hakimiyyətinə tabe bir qurum kimi aparırlar.

Bunun qarşısını almaq üçün ya icra hakimiyyətləri ləğv olunmalıdır, onların səlahiyyətləri bələdiyyələrə verilməlidir, ya da ki, icra hakimiyyətləri qalacaqsa, bələdiyyələr ləğv olunmalıdır. Adətən bələdiyyələr, məsələn, Türkiyə kimi və yaxud da indi daha iri ərazilərə, çox əhaliyə malik ölkələrdə daha effektiv fəaliyyət göstərir. Azərbaycanda düşünmürəm ki, bələdiyyə sistemi olmasa idarəçilik çökər. Əgər bələdiyyə sistemi olmadan bu sistem idarə olunursa, bələdiyyələrə ehtiyac da qalmır. Əslində inandırıcı da deyil ki, hakimiyyət icra hakimiyyəti strukturlarını bələdiyyələrə versin. Çünki bələdiyyələr seçkili orqanlardır və beş ildən bir seçilirlər. Hər hakimiyyət də idarəçiliyi öz nəzarətində saxlamaq istəyir. İndi iki dəfə azaldıldıqdan sonra 685 bələdiyyə qalır. Bu 685 bələdiyyədə hər dəfə beş ildən bir seçki keçirmək hakimiyyət üçün rahat olmaz.

Türkiyədən fərqli olaraq bizdə bələdiyyə sədrləri seçki ilə yox, üzvlər arasındakı seçki ilə müəyyən olunur. Bəzən baxırsan ki, bələdiyyə seçkilərində o qədər tanınmayan, az səs toplayan biri bələdiyyə sədri seçilir. Bunun da təsiri var. Bələdiyyə sistemi Azərbaycanda hələ də oturuşmayıb. Bundan sonra da bilmirəm, oturuşacaq ya yox. Amma Türkiyə modelini birəbir kopyalasaq da, düşünürəm ki, uyğun olmayacaq. Çünki qanunvericiliyin uyğunlaşdırılması çox ağır proses olar. İstər bələdiyyələrə vergilərin yığılması, istər lisenziyaların verilməsi, istərsə də tikintiyə icazə verilməsi çox strateji məsələlərdir ki, birdən-birə biz onu bələdiyyələrə inteqrasiya edə bilmərik. Çünki bununla məşğul olan ayrı-ayrı iri qurumlar var, onların işini birdən-birə bələdiyyələr öz üzərinə götürə bilməz deyə düşünürəm".

Niyaməddin Orduxanlı

Hazırda bələdiyyə sistemində təmsil olunan Ədalət, Hüquq və Demokratiya Partiyasının sədr müavini Niyaməddin Orduxanlı: “Təvazökarlıqdan uzaq olsa da, Azərbaycanda bəlkə də yeganə siyasətçiyəm və şəxsəm ki, 25 ildə 5 dəfə ardıcıl olaraq Abşeron rayonundan bələdiyyəyə seçilmişəm. Bələdiyyə rəhbərliyində də çalışmışam. Açıq formada bildirmək istəyirəm ki, əgər bələdiyyələrin bu gün Azərbaycanda geniş səlahiyyətləri yoxdursa, bunu birləşdirməyin ə mənası var? Həddindən artıq səlahiyyətləri azdır. Söhbət qardaş Türkiyə bələdiyyəsi ilə müqayisə olunursa, nəinki Türkiyə, hətta Avropa ölkələri ilə müqayisədə səlahiyyətlər çox azdır. Avropa ölkələrinin bələdiyyə tarixinin 800 ildən artıq yaşı var. Bu gün cəmiyyətimizdə bələdiyyələr icra hakimiyyətinin bir şöbəsi kimi xarakterizə olunur. Həm icra hakimiyyətlərinin, həm də bələdiyyənin fəaliyyəti iki idarəçiliyin olması deməkdir. İcra hakimiyyətləri ləğv edilməlidir. Bələdiyyə özü-özünü idarə edən orqandır. Büdcəsini özü formalaşdırmalıdır. Təsəvvür edin, bələdiyyə əmlak və torpaq vergisindən başqa hansı səlahiyyətə sahibdir? Bələdiyyə ərazisində fəaliyyət göstərən ticarət obyektlərinin reklam lövhəsindən yığılan vəsaiti də bələdiyyədən aldılar. Torpaq və əmlak vergisinin bir illik vəsaiti 30-40 manat edir. Bununla bələdiyyə hansı işləri görə bilər?! O da həmin torpağın rəsmi çıxarışı varsa, ala bilər. Bakı şəhərində qanunsuz tikilən evlərin sayı 500 mindən artıqdır. Bəlkə də Azərbaycan dünyada yeganə ölkədir ki, bələdiyyənin mülkiyyətini dövlət idarəsi hərracla satır. Bələdiyyələrə geniş səlahiyyətlər verilməyənə qədər hər hansı bir ciddi nəticə gözləmək doğru deyil”.

Müsahibimiz istənilən halda bu seçkilərdə iştirak etdiklərini də diqqətimizə çatdırdı: “Bizim partiya - Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası rəsmi olaraq partiya kimi seçkilərə qatılmışıq. Mərkəzi Seçki Komissiyasına müraciət etmişdik. Kütləvi seçki prosesi olduğu üçün maksimum dərəcədə namizədlərlə iştirak etməyi planlaşdırmışıq. Partiyanın 60-a yaxın rayon şöbəsindən namizədlərimizi müəyyənləşdirmişik. Artıq namizədlərimiz sənədlərini partiyanın rəsmi qərarları ilə dairə seçki komissiyalarına təqdim edirlər. Namizədlərimizə ayırdığımız maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələr Beynəlxalq Bankda hesab açdırıblar. İmza vərəqələrini götürənlərimiz də var. ƏHD Partiyası bu günə qədər keçirilən bütün seçkilərdə aktiv iştirak edib. Partiyanın əsas fəaliyyət istiqamətlərindən biri də keçirilən seçkilərdə iştirak etməkdir. Biz bütün gücümüzlə çalışacağıq ki, ƏHD Partiyasının namizədləri bələdiyyə seçkilərində daha çox yer qazansın. Ən azından YAP-dan sonra ikinci yeri tutaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 Dekabr 2024 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri