Icma.az
close
up
RU
Bələdiyyələrdə torpaqların müəyyən olunmaması və əmlakların dəqiqləşdirilməməsi kimi problemlər var

Bələdiyyələrdə torpaqların müəyyən olunmaması və əmlakların dəqiqləşdirilməməsi kimi problemlər var

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Bələdiyyələri narahat edən bir çox problem var. Uzun müddətdir ki, fəaliyyət göstərmələrinə baxmayaraq, onların hələ bir çoxunun torpaqlarının müəyyən olunmaması və əmlaklarının dəqiqləşdirilməməsidir ki, bu proses də uzun bir yol keçib”.

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Tahir Rzayev danışıb. Deputat qeyd edib ki, ümid etmək lazımdır ki, bu seçkilərdən sonra bələdiyyələrin öhdəliyində olan torpaqlar tam müəyyən olunacaq və onlara lazım olan hüquqi sənədlər çatdırılacaq.

Tahir Rzayev

“Bələdiyyələrin sayı çox olduğuna görə, müəyyən kəndlər və rayonlar arasında torpaq mübahisələri mövcud olduğu üçün həmin əraziləri dəqiqləşdirmək və minlərlə bələdiyyələrə belə sənədlərin verilməsində müəyyən problemlər, çətinliklər yaşanıb. Bunun qarşısının alınması üçün tədbirlər görülsə də, kifayət etməmişdir”-deyə Tahir Rzayev əlavə edib.

Deputatın fikrincə, bu gün bələdiyyənin qarşısında duran ən başlıca vəzifələrdən biri bələdiyyə-vətəndaş münasibətlərinin yaxşılaşdırılmasıdır. Tahir Rzayevin fikrincə, bu münasibətlərdə müəyyən ziddiyyətlər və çətinliklər var.

“İnsanlar bələdiyyələri seçir, lakin onların fəaliyyətində yaxından iştirak etmir, hesabatlarını dinləmir, yeri gələndə bələdiyyələrə öz təkliflərini vermir və onlara kömək göstərmirlər. Halbuki vətəndaşlar seçdikləri bələdiyyələrin fəaliyyəti ilə ciddi maraqlanmalıdırlar.

Digər tərəfdən özlərinin əmlak və torpaq vergilərini, müəyyən ödənişlərini vaxtında ödəməli və bələdiyyənin maliyyəsinin artırılmasına köməklik göstərməlidirlər”-deyən Tahir Rzayev hesab edir ki, bu sahədə olan nöqsanlar həm bələdiyyələrin maliyyəsinin zəifləməsinə səbəb olur, bələdiyyələr fəaliyyətlərinin yüksəldilməsində vətəndaş dəstəyinin olmamasını acı nəticəsini yaşayır.

Deputat deyir ki, biz güclü, yaxşı, insanların tələbatını ödəməyi bacaran bələdiyyə formalaşdırmaq istəyiriksə, ilk növbədə seçkilərdə fəal iştirak etməliyik. Qabaqcıl, təcrübəli, hörməti olan namizədlərin seçilməsi üçün imza atmalı və seçdiyimiz bələdiyyələrin fəaliyyətinə dəstək göstərməliyik.

“Qarşılıqlı münasibətlər formalaşdırmadan bələdiyyələrin inkişafından və onların uğurlar qazanmasından danışmaq çox çətindir. Azərbaycan bütün sahələrdə inkişaf edən, sosial məsəsələri uğurla həyata keçirən, iqtisadiyyatını dirçəldən bir dövlətdir. Bu prosesdə bələdiyyələr də yaxından iştirak edəcək. Bələdiyyə seçkiləri uğurla, şəffaf, demokratik şəraitdə keçiriləcək. Bələdiyyələrə seçilən insanlar yerli özünü idarə orqanlarının fəaliyyətinin güclənməsinə əməli köməkliklərini göstərəcəklər”-deyə Tahir Rzayev bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 02 Dekabr 2024 14:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see241

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see235

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see169

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri