Icma.az
close
up
RU
Bahalı əmlakların qiymətində azalma var

Bahalı əmlakların qiymətində azalma var

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

"Aşağı seqmentdə nisbi qiymət artımı var. Yuxarı seqmentdə isə pandemiyadan sonra ilk dəfə çox ciddi stabillik, qeyri-dinamik vəziyyət müşahidə olunur".

Bunu "Unikal"a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı hazırda mənzil bazarında qiymətlər necə dəyişməsindən danışarkən deyib.

O bildirib ki, satış həcminin əhəmiyyətli dərəcədə azalması var: "Həmçinin, müraciətlərin və tələbin azalması müşahidə olunur. Hətta bəzi ərazilər üzrə yuxarı seqmentə aid olan, qiyməti təqribən 350-400 min manatdan yuxarı olan əmlaklarda müəyyən qədər azalmalar da müşahidə olunur".

Yaxınlaşmaqda olan yay fəslində bağ evlərinə marağın necə olacağına gəlincə, ekspert hələki o istiqamətdə ciddi dəyişiklik müşahidə edilmədiyini söyləyib:

"Düşünürəm ki, may ayının ilk ongünlüyündə bu proseslə bağlı hər hansı nisbi aktivlik müşahidə olunacaq. Bağ evlərinə maraq olması mövsümə bağlı olan hadisədir. Mövsüm aylarında müşahidə olunan tendensiyadır. Hələ bu istiqamətdə ciddi dəyişiklik olmadığına görə indidən vəziyyətin necə olacağını, dəyişikliyin hansı formada olacağını söyləmək çətindir. Ötən il bağ evlərinə maraq var idi. Pandemiyadan sonra quru sərhədlərinin bağlı olması respublikanın regionlarında, paytaxt və Abşeron ərazisində bağ sahələrinə, fərdi yaşayış evlərinə kirayə formasında tələbi xeyli artırıb. Sözsüz ki, xaricdən gələnlər də var. Bəzi kütləvi tədbirlər zamanı otel çatışmazlığı meydana çıxır. Bu, gündəlik kirayə məqsədləri üçün verilən həm mənzillərin, həm də fərdi yaşayış evlərinin qiymətinə əhəmiyyətli dərəcədə təsir göstərir. Konkret yay mövsümünə gəldikdə, bu zaman turist axını olur, tələb artır və  bu, qiymətə təsir göstərir".

Anar Kəlbiyev


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:221
embedMənbə:https://unikal.az
archiveBu xəbər 21 Aprel 2025 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri