Icma.az
close
up
RU
Bələdiyyələrin mənzil fondu mövcud deyil RƏY

Bələdiyyələrin mənzil fondu mövcud deyil RƏY

Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Olsa, aztəminatlı ailələrin mənzil problemi böyük ölçüdə həllini tapmış olar


Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik təklif edilir. Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasının gündəliyinə daxil edilib. Məcəllənin 48.1-ci maddəsinə edilən dəyişikliyə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.

Sənədə əlavə edilən 51.2-1-ci maddəyə əsasən, bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsi ortaya bir sıra suallar çıxarır. Sosial evlər dövlət mənzil fondu hesab edilir. Bəs bələdiyyələrin mənzil fondu varmı və MM-də qanun layihəsinin təsdiqlənməsi aztəminatlı ailələrə hansı üstünlüklər verəcək, onlara daha aşağı məbləğdə kirayə haqqı təyin ediləcəkmi? 


Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Sherg.az”aaçıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasında mənzil fondu, mənzil idarəçiliyi, ümumilikdə mənzil münasibətlərinin tənzimlənməsi bu iki qanunvericiliklə yanaşı Mənzil Məcəlləsi ilə də tənzimlənir: 

- Məcəllənin 17-ci maddəsi Mənzil Fondunun konkret istiqamətlərini müəyyən edir. Mənzil Fondu ölkəmizdə 3 istiqamətə bölünür. Özəl, yəni fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, Dövlət Mənzil Fondu – mülkiyyət hüququ əsasında dövlətə məxsus olan yaşayış sahələri və bir də Bələdiyyə Mənzil Fondu - bələdiyyələrə mülkiyyət hüququ əsasında verilmiş, bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusu. Bu fondların mülkiyyətçiləri arasında münasibətlərin tənzimlənməsi Mənzil Məcəlləsi ilə həyata keçirilir. Dövlət Mənzil Fondu 2 istiqamətdə ola bilər – xüsusi təyinatlı və sosial təyinatlı. Sosial təyinatlı fondlar bilavasitə sosial kirayələrin bağlanmasını təmin etməlidir. Təəssüf ki,  2009-cu ildə Mənzil Məcəlləsi qəbul olunsa da, xüsusən bələdiyyələrə məxsus mənzil fondunun yaradılması istiqamətində konkret əməli addımlar atılmayıb. Qəbul olunan qərarlara baxsaq, Mənzil Məcəlləsində sosial kirayə məsələlərinə kifayət qədər geniş bölüm ayrılıb. Orada qeyd olunur, sosial kirayə nədir, üstünlükləri nədir, necə tənzimlənir, aztəminatlı qruplar nədir və sair. Hesab edirəm ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar və qanunvericiliyə edilən dəyişikliklər gələcəkdə sosial mənzil fondunun yaradılmasına ciddi təkan verəcək. Hazırda bələdiyyə mənzil fondu mövcud deyil. Bu Fond mövcud olsa, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr tərəfindən mənzillər tikilsə, o zaman aztəminatlı şəxslərin, ailələrin mənzil problemi böyük ölçüdə həllini tapmış olar. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Mart 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri