Icma.az
close
up
RU
“Bələdiyyələrin sayı yenə də çoxdur”

“Bələdiyyələrin sayı yenə də çoxdur”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Bu il dövlət büdcəsindən bələdiyyələrə 7 milyon 500 min manat dotasiya, 1 milyon 550 min suvbensiya ayrılması nəzərdə tutulub. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin olduğunu nəzərə alsaq, bu il orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat ayrılacaq”. 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı bildirib.

Deputat qeyd edib ki, bələdiyyələrin maliyyə mənbələrinin məhdud olmağı onların güclü institut kimi formalaşması və inkişafını xüsusi təşviq etmir: “Təbii ki, kənar maliyyə mənbələri genişləndikcə büdcə vəsaitlərinə tələb də azalmalıdır. Digər tərəfdən, dotasiyanın məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi kəmiyyət meyarlarına əsaslanır. Halbuki bələdiyyələrin fəaliyyəti daxil olmaqla, digər keyfiyyət meyarlarından istifadə edilməsinə ehtiyac var. Dövlət büdcəsindən vəsait bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir.

Maliyyə təminatı ilə bağlı digər məqam dövlət büdcəsindən dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləğinin kəskin fərqlənməməsidir. Məruzədə də qeyd olunduğu kimi, 2024-cü ilin ilk 9 ayında yerli büdcə gəlirləri 7.1 milyon manat olub. Göründüyü kimi, bələdiyyələr mövcud iqtisadi potensialdan tam olaraq istifadə etmirlər. Bu isə onların büdcədən asıllığını gücləndirir”.

Millət vəkili qeyd edib ki, gəlir mənbələrinə diqqət yetirdikdə bələdiyyələr fiziki şəxslərdən torpaq, əmlak vergisinin, yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisinin və bələdiyyə müəssisəsindən alınan mənfəət vergisinin yığılmasına məsuldur: “Bələdiyyələrin çoxunun ərazisində isə yerli əhəmiyyətli tikinti materialları yoxdur və bələdiyyə müəssisələri demək olar ki, mövcud deyil. Bu baxımdan bələdiyyələr üçün daha dayanıqlı maliyyə mənbələrinin formalaşdırılmasına ehtiyac var.

Bələdiyyələrin son birləşməsindən sonra da Azərbaycanda bələdiyyələrin sayı yaxın iqtisadi struktur ölkələr ilə müqayisədə yenə də çoxdur. Belə ki, Çexiyada 205, Bolqarıstanda 265, Rumiyada 103, qardaş Türkiyədə 1389 bələdiyyə fəaliyyət göstərir. Azərbaycanda fəaliyyət göstərən bələdiyyələrin sayı əksər Mərkəzi və Şərqi Avropa ölkələri müqayisədə daha çoxdur. Bu isə onların fəaliyyətlərinin səmərliliyinə və eləcə də şəffaflığına təsir göstərir. Məruzəyə əsasən, bələdiyyələrin fəaliyyəti ilə bağlı 4337 müraciət daxil olub. Bu isə həmçinin ondan xəbər verir ki, bələdiyyələrin fəaliyyətinə ictimai nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. 

Bütün bunlarla yanaşı, bələdiyyələrin fəaliyyətinin gücləndirilməsi üçün aşağıdakıların nəzərə alınmasını tövisyyə edərdik:

- Dövlət büdcəsindən dotasiyanın verilməsinə keyfiyyət meyarlarından istifadə olunsun. Daha yaxşı performans göstərən bələdiyyə daha çox dotasiya alsın;

- Dotasiyanın məbləğinin müəyyənləşdirilməsində yaşayış məntəqəsinin növü (şəhər, qəsəb və kənd) nəzərə alınmaqla xüsusi əmsallar tətbiq edilsin;   

- Bələdiyyə aktlarının və sənədlərinin elektronlaşdırılması sürətləndirilsin, bu saxta sənədlərin verilməsinin qarşısını almaqla, bələdiyyələrin fəaliyyətində şəffaflığı daha da artırar.

Bələdiyyələrin maliyyə mənbələrinin şaxələndirilməsi və genişləndirilməsi daha sistemli şəkildə dəstəklənsin”.

Nuranə Daxilqızı

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:229
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 14 Fevral 2025 12:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see737

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see281

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see276

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see269

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see257

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see248

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see243

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see241

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see237

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see222

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see214

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see207

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see202

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see201

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see201

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see195

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see193

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see190

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see188

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri