Icma.az
close
up
RU
Bələdiyyələrlə bağlı yeni nəşrlərin təqdimatı olub

Bələdiyyələrlə bağlı yeni nəşrlərin təqdimatı olub

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması” layihəsi çərçivəsində Bakı şəhəri Yasamal rayonunda yerləşən “Zərgərpalan hamamı”nda yekun təqdimat keçirib. 15 noyabr 2024-cü il tarixdə baş tutan yekun təqdimatda Miras İctimai Birliyi üzvləri, alimlər, media nümayəndələri, mədəniyyət işçiləri, sahibkarlar və s. iştirak ediblər.

Əvvəlcə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli layihə haqqında qısa məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihə çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul və Ankara Böyükşəhər bələdiyyələrinin təcrübəsini öyrəndiklərini, Türkiyə qanunvericiliyini incələdiklərini, Azərbaycan bələdiyyələri üçün Təlimat kitabı hazırladıqlarını, araşdırmanın nəticələrini Araşdırma kitabında topladıqlarını, mədəni irsin qorunmasına bələdiyyələrin dəstəyinin nümunəvi formatını göstərən sosial vidoeçarx hazırladıqlarını, Xınıslı (Şamaxı), Basqal, Nərgizava (Ağsu) abidələri ərazisində mülkiyyətçilərin məlumat bazasını göstərən municipalheritage.az internet səhifəsini hazırladıqlarını bildirib. Araşdırma, baza hazırlama və təlim-seminar çərçivəsində layihəyə 2500 nəfərdən çox iştirakçı cəlb etdiklərini qeyd edib.

Layihənin eksperti tarix elmləri doktoru, professor Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, son zamanlar Zərgərpalan hamamında aparılan arxeoloji qazıntı haqqında qısa məlumat verib.

Layihənin təlimçisi Gülşən Hüseynova təlim proqramına uyğun olaraq bələdiyyə sədrləri üçün Şamaxı, İsmayıllı və Ağsu şəhərlərində keçirilən təlimlərin nəticələrindən bəhs edib.

Təlimat və Araşdırma kitablarının rəyçiləri Prof.Dr. Kübra Əliyeva və Prof.Dr. Şikar Qasımov kitablar haqqında təəssüratlarını bölüşüblər. Mədəni irsin qorunmasında “Miras” mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin fəaliyyətini təqdir ediblər.

Yekun təqdimatda “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi” mövzusunda videoçarx təqdim olunub. İştirakçılara “Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyi – Təlimat kitabı” və “Bələdiyyələr və Mədəni irs – Araşdırma kitabı” paylanıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:111
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Noyabr 2024 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see368

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see270

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see255

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see244

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see240

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see237

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see233

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see230

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see226

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see219

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see208

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see198

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see195

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see193

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see193

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see193

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see192

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see180

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see180

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri