Icma.az
close
up
RU
“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur”ÖZƏL

“Bəli, küsmüşəm, incimişəm, rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur”ÖZƏL

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

“Mənim əsas iş yerim teatrdır. Efirlərə çox dəvət alıram, bəzən vaxt olmur, bəzən isə özüm getmirəm. Gərək normal veriliş olsun ki, ora gedəsən. Çox azdır. Sözün düzü verilişləri seçirəm. Çünki bəzən elə suallar verib, müsahibələr alırlar ki, bu mənim ürəyimcə olmur. İnsanlar verilən sualın cavabını düzgün analiz etmirlər, mənasını bilmirlər. Rəylərdə yazılan sözlərdən sonra ümumiyyətlə fikirləşirəm ki, heç nə haqqında danışmayım. Şəxsi həyatla bağlı daha çox sual verirlər, nəinki sənətlə bağlı. Sənət adamının şəxsi həyatı tamaşaçılar üçün maraqlıdır. Amma bir şeyi də nəzərə almaq lazımdır ki, mənim şəxsi həyatım özümə aiddir”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Milli Gənc Tamaşaçılar teatrının aparıcı aktrisası, sevilən sənətkar Naibə Allahverdiyeva deyib. O daha sonra əlavə edib:

“Hamı aktyor, aktrisa olub. Bir az həvəsdən düşmüşəm. Həvəsim yoxdur. Sənətin dəyəri aşağı düşüb. Əvvəlki dövr deyil. Yaxşı filmlər, seriallar olsa çəkilərəm, amma o da bir mafiyadır da. Hər kəs öz tanışını, komandasını çəkir. İnşallah ki, nə vaxtsa məni də dəvət edərlər, çəkilərəm. Düzdür, təkliflər gəlir, amma görürəm ki, o deyil. Əgər sən öz obrazınla tamaşaçıya nəsə mesaj ötürə bilmirsənsə çəkilməyinin nə mənası var? Mənə çox suallar verilir ki, niyə görə film və seriallarda yoxsunuz?! Tiktokda hamı aktyorluq edir. Baxmayaraq ki, heç akademik təhsilləri də yoxdur. Bu sənət zərgər dəqiqliyi sevən sənətdir. Sənəti oyuncağa çeviriblər. Bizim gördüyümüz sənətə hörmət, sənətkara hörmət qalmayıb. Sənətə hörmət edən insanlar sənətdə olmalıdırlar. Sənəti ucuzlaşdırmamalı idilər. Görəsən bunun axırı hara gedib çıxır? Ömür gedir, gün keçir, gözəl rollar oynamaq istəyirəm. Əvvəlki enerjimiz qalmayıb. Gözəl rollar oynamaq istəyirəm, amma ortada heç nə yoxdur. Bəli, bir az küsmüşəm” deyə sənətkar bildirib.

Xalq artisti bildirib ki, bizim cəmiyyətdə bir çox insanlar özləri üçün yaşamır:

“Biz “qızıl ortaq” ı cəmiyyətdə hələ də tapa bilməmişik. Bir çoxu göstəriş üçün edirlər. Mən şəxsən öz rahatlığım üçün bu həyatda yaşayıram. Amma elə yaşayıram ki, başqasına zərər gəlməsin. Meşşanlıq baş alıb gedir. Mən bunu görməmişlik hesab edirəm. Kimsə özünə maşın alırsa, bunu öz komfortu üçün yox, başqalarına göstərmək üçün edir. Bunu yalnız dar, cılız təfəkkürdə olan insanlar edir” deyə sənətkar bildirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 22:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see234

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see220

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see202

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see195

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see188

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see187

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see184

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see174

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see172

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see169

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see159

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see157

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see154

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see151

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see150

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri