Icma.az
close
up
RU
Bəlkə məni tez yola salmaq istəyirlər? Bədavi Hüseynov

Bəlkə məni tez yola salmaq istəyirlər? Bədavi Hüseynov

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

"Bəlkə məni tez yola salmaq istəyirlər?" - Bədavi Hüseynov

“Qarabağ”ın müdafiəçisi Bədavi Hüseynov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Karvan-Yevlax”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. QOL.az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- Ardıcıl ikinci matçda da uzun müddət “Karvan-Yevlax”ın qapısına yol tapa bilmirdiniz. Bunu necə dəyərləndirmək olar?

- Bu komanda yaxşı müdafiə olunmağı bacarır. Üstəlik, baş məşqçi dəyişikliyi olub. Böyük həvəslə oynayırlar. Başa düşürdük ki, kubok görüşü çempionatdan fərqlənir. “Karvan-Yevlax” böyük motivasiya ilə oynayırdı. Bütün bunlara baxmayaraq, öz oyunumuzdan əl çəkmədik. Sona qədər mübarizə apardıq. Öz vaxtımızı gözləyirdik. Ötən oyunda sona yaxın rəqibin müdafiə xəttində boşluqlar yaranırdı. Bu dəfə də elə olacağını ehtimal edirdik. Ona görə səbr etdik və sonda ardıcıl qollar vuraraq qələbə qazandıq.   

- Sıx qrafiki nəzərə alaraq yəqin ki, oyunun əlavə vaxta getməsini istəmirdiniz...

- Bəli, istəmirdik. Lakin 120 dəqiqə oynamağa da hazır idik. Ümumilikdə isə əlbəttə, əlavə 30 dəqiqə mübarizə aparmaq daha çox güc itirməyimizə səbəb olardı. Ona görə də çalışırdıq oyunun taleyini 90 dəqiqədə həll edək. 

- Şənbə günü çempionatda ən yaxın izləyiciniz “Zirə” ilə görüşəcəksiniz. Həmin matçdan gözləntiləriniz nədir?

- Bu, artıq “Ayaks”la oyun öncəsi son sınağımızdır. Lazımi tempi saxlamaq üçün “Zirə” ilə görüş vacibdir. Düşünürəm ki, Çempionlar Liqası öncəsi yaxşı sınaq olacaq. “Zirə” çox güclü kollektivdir. Ona görə də bizi maraqlı oyun gözləyir.

- İndi Bütün fikriniz “Ayaks”la oyunda deyil?

- Yox. Çempionat bizim üçün vacibdir. Rəqiblər bizə qarşı çox ciddi mübarizə aparırlar. Rahatlaşmağa imkan vermirlər. Ona görə də həm formamızı qorumaq, həm də çempionluq baxımından hər matç önəmlidir. 

- Hazırda “Ayaks” Çempionlar Liqasında xal toplamayıb və azarkeşlər “Qarabağ” mütləq bu rəqibi məğlub etməlidir deyə düşünürlər. Bu məqam üzərinizdə əlavə təzyiq yaratmır?

- Təzyiq yoxdur. Biz elə vəziyyətə çatmışıq ki, hamı “Ayaks”ı mütləq məğlub etməliyik deyə düşünür. Lakin rəqib heç də zəif deyil. İstənilən halda “Ayaks” “Ayaks”dır. Üstəlik, son turlar Niderland çempionatında işləri qaydasına düşüb. Ona görə bizimlə matça da çox ciddi yanaşırlar. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik.

- Bu oyunu “Qarabağ” üçün pley-off baxımından həlledici saymaq olar?

- Çox irəli getmək istəməzdim. Başa düşürəm, hamı “Qarabağ”ı pley-offda görmək istəyir. Biz isə bunu hamıdan çox istəyirik. İndi yalnız “Ayaks”la matçı düşünməliyik. Sonrasına baxacağıq. 

- Mətbuatda belə xəbərlər yayılıb ki, mövsümün sonunda karyeranızı başa vura bilərsiniz. Bu, nə dərəcədə doğru informasiyadır?

- Bilmirəm bu xəbər necə çıxıb. Bəlkə məni tez yola salmaq istəyirlər? (gülür) Bu, doğru xəbər deyil. Necə ortaya çıxdığını da bilmirəm. Mövsümün sonunda hoca (Qurban Qurbanov nəzərdə tutulur -red.) ilə danışacağıq. Lakin mən özümdə güc hiss edirəm və hələ də oynamaq istəyirəm. Əgər komandaya faydam dəyəcəksə, niyə də karyeramı davam etdirməyim?! 

- Şər deməsən, xeyir gəlməz. Birdən Qurban Qurbanov növbəti mövsüm üçün xidmətinizə ehtiyac duymasa, sizi başqa klubda görə bilərik?

- Özümü başqa komandada təsəvvür edə bilmirəm. Ümid edirəm ki, hoca belə deməz (gülür).

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:63
embedMənbə:https://qol.az
archiveBu xəbər 04 Dekabr 2025 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri