Bədavi Hüseynov karyerasını bitirir?
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bədavi Hüseynovun karyerasını bitirmək qərarına gəldiyi iddia edilir.
İdman.Biz futbolinfo.az-a istinadən xəbər verir ki, “Qarabağ”ın kapitanı mövsüm bitən kimi yaşıl meydanlarla sağollaşacağı bildirilir.
Təcrübəli müdafiəçi bu mövsüm əsasən ehtiyatda qalır. Yaşının çoxluğu üzündən rəqabətdə həmkarlarına uduzan Hüseynov özü də vəziyyətin fərqindədir. Bu səbəbdən o, rəhbərliyə vida edəcəyini bildirib.
34 yaşlı milliləşdirilən oyunçu 13 ildir “Qarabağ” forması geyir. 2011-ci ildə “Anji”nin əvəzedici komandasından “Sumqayıt”a gələn Bədavi növbəti mövsümdən ağdamlıların formasını geyir.
Hüseynov karyerasını btirən kimi məşqçiliyə başlayacaq. Onun “Qarabağ”ın əvəzedici komandasına rəhbərlik edən Maksim Medvedevin köməkçisi olacağı gözlənilir.
Baxış sayı:31
Bu xəbər 01 Noyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















